YAP Xızı rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibəti ilə tədbir keçirilib
25 fevral 2022 - ci il tarixdə YAP Xızı rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibəti ilə tədbir keçirilib.Tədbir iştirakçıları öncə Müstəqil Azərbaycanın memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır, keşməkeşli günlərində, müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üz üzə qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranmışdır: “O dövrdə müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər təşkilatlar yaradılmağa başlamışdı. Lakin yaradılan partiyalar ölkəni bu ağır böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bu acınacaqlı vəziyyəti ziyalıları, tanınmış insanları narahat etməyə bilməzdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda Azərbaycan ziyalıları dahi şəxsiyyət Heydər Əliyevə müraciət ünvanladı. Əslində bu müraciət bütün xalqın arzu və istəyi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.Beləliklə, 1992-ci ildə noyabr ayının 21-də xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Azərbaycanı tənəzzüldən tərəqqi yoluna çıxardı, ölkəmizin formal deyil gərçək müstəqilliyini təmin etdi”.
Təşkilat sədri onu da bildirdib ki, 2003-cü ildə xalqın iradəsi ilə Cənab İlham Əliyevin Prezident seçilməsi ölkəmizin həyatında yeni bir mərhələnin əsasını qoydu: “Möhtərəm Prezidentimizin ölkəmizə rəhbərliy etdiyi son 19 il ərzində möhtəşəm və tarixi əhəmiyyətə malik nailiyyətlər əldə olunmuşdur. 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğal altında olan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin edildi və şəhidlərimizin qisası alındı. Bu bizim şərəfli tariximizdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə Ölkə başçımızın rəhbərliyi ilə abadlıq quruculuq işlərinin görülməsi, infrastruktur obyektlərinin yaradılması, yeni yaşayış məntəqələrinin salınması, şəhər və kəndlərin bərpa edilməsi bütün Azərbaycan xalqını sevindirir və hər birimizə qürür hissi yaşadır”.
Ayaz Quliyev onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı 1993-cü ilin fevral ayının 26-da 21 nəfərin iştirakı ilə təsis edilmişdir: “Təşkilatımız yarandığı gündən istər seçkilərdə, istərsədə rayonun kütləvi tədbirlərində daim yüksək səviyyədə təmsil olunmuş və yaxından iştirak etmişdir. Bu gün YAP Xızı rayon təşkilatının 1799 nəfər üzvü var. Bütün üzvlərimiz isə hazırda 40 ərazi partiya təşkilatında birləşib. Yeni Azərbaycan Partiyası üzvləri rayonun bütün strukturlarında təmsil olunur və rayonun inkişafı prosesində yaxından iştirak edir”.
Tədbirdə Xızı rayon icra hakimiyyəti başçısının müavini Arzu Əzizov, təhsil şöbəsinin müdiri Oqtay Abdullayev, Gənclər və İdman idarəsinin müdiri Kamran Quliyev və Yeni Yaşma kənd ərazi partiya təşkilatının sədri çıxış edərək bildirdilər ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək cəmiyyətin ən aparıçı quvvəsinə cevrilib.Partiyanın böyük nüfuza malik olması onun yaradıçısı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının Sədri, Ulu Öndərin layiqlı davmçısı Cənab Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, 44 günluk vətən müharibəsindən, YAP Xızı rayon təşkilatının yaranmasından və partiyanın qarşıda duran vəzifələrindən danışdilar.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB