YAP Qazax rayon təşkilatında hesabat-seçki yığıncaqları keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir. SİA-nın verdiyi məlumata görə, 2022-ci il fevral ayının 21-də YAP Qazax rayon təşkilatının Qazax şəhər 5 saylı və 3 saylı tam orta məktəb, Ruhi Xəstəxana ərazi partiya təşkilatlarında, 2022-ci il fevral ayının 22-də Yuxarı Salahlı kənd, Aslanbəyli kənd, Qaymaqlı kənd, Kəmərli kənd, Qazax Gigiyena və Epidemiologiya Mərkəzi, “Avey” Dövlət Qoruğu ərazi partiya təşkilatlarında, 2022-ci il fevral ayının 23-də Qazax Poçtamt və Qazax Telekommunikasiya Qovşağı ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib. Hesabat – seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub.
Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib.
Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb.
YAP Qazax rayon təşkilatının Qazax şəhər 5 saylı tam orta məktəb ərazi partiya təşkilatında Nəsibə Tağıyeva sədr, Nizami Qasımov sədr müavini, Qazax şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatında Ruslan Rzayev sədr, Mədinə Rüstəmova sədr müavini, Ruhi Xəstəxana ərazi partiya təşkilatında Qəmər Göyüşova sədr, Şəfəq Məmmədova sədr müavini, Yuxarı Salahlı kənd ərazi partiya təşkilatında Çingiz Zeynalov sədr, Nəsib Şəmşiyev sədr müavini, Aslanbəyli kənd ərazi partiya təşkilatında Məhəmməd Pirməmmədov sədr, Mahmud Məmmədov sədr müavini, Qaymaqlı kənd ərazi partiya təşkilatında Fikrət Əfəndiyev sədr, Elşad Mustafayev sədr müavini, Kəmərli kənd ərazi partiya təşkilatında Səməd Orucov sədr, Dursun İsaqov sədr müavini, Qazax Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatında Südabə Kosayeva sədr, Günel Sanıyeva sədr müavini, “Avey” Dövlət Qoruğu ərazi partiya təşkilatında Esmira Mütəllimova sədr, Elvin Alıyev sədr müavini, Qazax Poçtamt ərazi partiya təşkilatında Ədalət Hüseynov sədr, Şəhadət Abbasov sədr müavini, Qazax Telekommunikasiya Qovşağı ərazi partiya təşkilatında Gündüz Abışov sədr, Zərifə Orucova sədr müavini seçiliblər.
Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz, avanqard partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB