Azərbaycan və Aİ arasında çox sıx əməkdaşlıq var - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan və Avropa İttifaqı arasında çox sıx əməkdaşlıq var. Avropa İttifaqına üzv olan 27 ölkənin 9-u Azərbaycanla birbaşa strateji tərəfdaşlıq haqqında saziş imzalamışdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər əlbəttə ki, enerji daşıyıcıları üzərindən qurulmuşdur: "Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyini şaxələndirən ölkələrdən biridir və son dövrlərdə xüsusən də enerji sahəsində dünyada qlobal böhran yaşandığı bir dövrdə, eləcə də enerji daşıyıcılarının qiymətinin artdığı bir dövrdə Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq etməyə daha maraqlıdır. Çünki Azərbaycan daim verdiyi sözlərin arxasında durur və verdiyi sözlərə əməl edir. Bu baxımdan da Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin enerji sahəsində daha da şaxələndirilməsi, genişləndirilməsi üzərində işlər görülür. Eyni zamanda da digər sahələr üzrə də Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər və əməkdaşlığın qurulması istiqamətində çox vacib addımlar atılır. Digər sahələr üzrə əməkdaşlıqların qurulması ilə bağlı görüşlər aparılır. Avropa İttifaqı da Azərbaycanla yeni əməkdaşlıq platformalarının qurulmasında maraqlı tərəf kimi çıxış edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB