Belarus səfiri Lukaşenkonun bəyanatları ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb
Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk prezident Aleksandr Lukaşenkonun bəyanatları ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu məlumatı SİA Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyana istinadən yayıb.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın qalmaqallı telejurnalisti Vladimir Solovyova müsahibəsində bildirib ki, postsovet məkanının digər respublikaları ilə yanaşı "heç kimə lazım olmayan Ermənistan" da Belarus və Rusiya İttifaq Dövlətinə qoşula bilər.
“Ermənistanın getməyə yeri yoxdur. Sizcə, kiminsə onlara ehtiyacı varmı? Onlar artıq görüblər”, - Lukaşenko bildirib.
Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada əminliklə qeyd edilir ki, Belarus prezidentinin orijinal geosiyasi təhlili, ilk növbədə, onun öz daxili siyasi gündəliyinə xidmət etmək məqsədi daşıyır və Ermənistan və onun xarici siyasəti ilə heç bir əlaqəsi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB