PREZİDENT İLHAM ƏLİYEV: “Hər bir insan, xüsusilə, gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir” ŞƏRH

PREZİDENT İLHAM ƏLİYEV: “Hər bir insan, xüsusilə, gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir” ŞƏRH

“Elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər”. Bunu Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda sualları cavablandıran Prezident İlham Əliyev deyib. “Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq eyni zamanda, hər bir insan, xüsusilə, gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq”, - deyə dövlətimizin başçısı qeyd edib.

“MÜSTƏQİLLİYİMİZİN 30 İLLİYİNİ KEÇƏN İL QEYD ETMİŞ ÖLKƏ KİMİ BU GÜN HƏR BİR VƏTƏNDAŞ BU ÖLKƏ İLƏ FƏXR EDƏ BİLƏR”

Bəli, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə 44 gün davam edən İkinci Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı qalib ölkəyə çevirməklə uzun illər çəkdiyimiz məğlubiyyət acısına son qoydu, xalqımızın öz yurdunu və müstəqilliyini qorumağa, azad yaşamağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Prezident İlham Əliyevin 18 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək zəfərin bir illik təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, haqq savaşımızda Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür. Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi: "Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir". Bu, həm də qalib Azərbaycanın qüdrətli Liderinin – yenilməz Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər yürüşünün davam etdiyini, Böyük Qayıdışın qısa müddət və yüksək səviyyədə təmin olunacağını bir daha dünyaya nümayiş etdirdi. Bu qələbədə Azərbaycan gəncləri böyük şücaət və qəhrəmanlıq göstərdi. Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyev fevralın 2-də gənclərlə görüşündə də bildirib ki, elə bir gənc nəsil yetişdi ki, Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər: “Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə, gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər”.

“MÜHARİBƏDƏ İŞTİRAK ETMİŞ VƏ QƏHRƏMANLIQ GÖSTƏRMİŞ GƏNCLƏR ÖZ ƏMƏLLƏRİ İLƏ YENİ YETİŞƏN NƏSİL ÜÇÜN DƏ NÜMUNƏ OLMALIDIRLAR”

Dövlət başçısı onu da bildirib ki, müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş gənclər öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olmalıdırlar: “Bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”.

Bütün bunlara görə bu şərəfli tarixi bizə qürurla qeyd etməyi nəsib edən canlarından, qanlarından keçən minlərlə şəhid vətən oğullarımıza Allahdan rəhmət, qaziərimizə sağlamlıqlarına tam qovuşmağı diləyirik, Vətən müharibəsi iştirakçılarına sonsuz təşəkkürümüzü bildiririk. Onlar erməni vandallarının daşı daş üstünə çevirdiyi topağı öz qanları ilə qarışdıraraq VƏTƏN etdilər. Üç minə yaxın şəhid övladlarımız “vətən eşqi” məktəbində can verməyi öyrəndilər və bizə öyrətdilər ki, ruh bədəndən ayrı mövcud olmadığı kimi Qarabağsız Azərbaycan heçdir. Yaralanmış qartalın qanadını sağaltmaq və vətənin bir parça hissəsini zalımların əlindən qurtarmaqla vətən torpağında pay olmadığını sübut etmək üçün silaha sarılıb çıxış yolumuzun ya birdəfəlik azad olmaq, ya da tamamilə yanmaqdan keçdiyini və sonda yalnız Azadlığın can Azərbaycanın yaralarına məlhəm olduğunu canları, qanları hesabına təmin etdilər. Bütövlükdə, bu gün qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. Və 2022-ci il “Şuşa ili” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir və hər bir azərbaycanlı Qalib Liderimizin dediyi kimi: “Elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər”.

Çünki Qalib ölkənin qürurlu vətəndaşı olaraq Qalib Liderimizin yaratdığı Azərbaycanımızla, Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!la qürurlanırıq.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə