BMT Azərbaycana təşəkkür edib...

...təşkilatın büdcəsinə ödənişlərə görə

Mən tərəfdaş ölkələrimizə, o cümlədən Azərbaycana təşkilatın büdcəsinə etdikləri ödənişlərə görə təşəkkürümü bildirirəm.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Farhan Haq brifinq zamanı deyib.

Onun sözlərinə görə, Əlcəzair, Azərbaycan, Bruney Darüssalam, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam öz ödənişlərini tam həyata keçirib və siyahıdakı ölkələrin sayı 37-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə