Ermənistanın nümayəndə heyəti ilə görüşüləcək - POLİTOLOQ AÇIQLADI

"Bildiyimiz kimi dünən Türkiyənin Milli Təhlükəsizlik Şurasında 4 saat yarım iclas olub. Bu iclasda müzakirə olunan birinci məsələlərdən biri Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması, ikinci məsələ isə Ukrayna məsələsi olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Teymur Qasımlı deyib.

Onun sözlərinə görə, bundan başqa Türkiyənin Fondlar Birliyinin sədri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasnda 45 dəqiqə ərzində qapalı görüş keçirilib. Daha sonra isə Paşinyan mətbuat konfransı keçirərək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyini bildirdi. Bu hadisədən sonra Türkiyənin xarici işlər naziri bildirdi ki, Antalya diplomasiyasında Ermənistanın xarici işlər naziri və Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması üçün nümayəndəsi ilə görüş keçiriləcək. Əgər, növbəti görüşə qədər hər hansı bir anlaşılmazlıq, Türkiyə dövləti hər hansı bir şərt qoymasa, bu diplomasiya zirvəsində Ermənistan nümayəndə heyəti ilə görüşüləcək. Onu da qeyd edim ki, Armen Sarkisyan Türkiyə-Ermənistan münasibətlərinin şərtli irəli sürülməsini dəstəkləyirdi. Hələ ki, proseslər Azərbaycanın maraqlı çərçivəsində davam edir. Prosesləri izləmək lazımdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə