YAP Ucar rayon təşkilatının fəalları şəhid Təbriz Bəkirovun məzarını ziyarət etmişlər FOTOLAR

YAP Ucar rayon təşkilatının fəalları şəhid Təbriz Bəkirovun məzarını ziyarət etmişlər FOTOLAR

YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, rayon təşkilatının fəalları - Gənclər və İdman İdarəsinin, rayon Heydər Əliyev Mərkəzinin, rayon Tarix Diyarşünaslıq Muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Uşaq İncəsənət Məktəbinin, Gənclər evinin rəhbərliyi və kollektiv üzvləri, şəhid ataları ilə birlikdə Vətən müharibəsi şəhidi, YAP üzvü Bəkirov Təbriz Etibar oğlunun məzarını ziyarət etmiş, məzarın önünə tər çiçəklər düzmüş, ruhuna dualar oxumuşlar.

Təbriz Bəkirov 26 yanvar 1993-cü ildə Ucar rayonunun Bagırbəyli kəndində anadan olmuş, 2010-2014-cü illərdə Gəncə Aqrar Universitetində təhsil almış, 2011-ci ildən YAP -nın üzvü olmuşdur. 04 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş,10 oktyabr 2020-ci il tarixdə rayonun Bagırbəyli kənd qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə