Əli Əsədov ilə Belarusun Baş naziri arasında telefon danışığı olub

Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, danışıq zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə