“SƏS” qəzetinin çevrəsində həmişə dəyərli insanlar olub - BAMF SƏDRİ ŞƏRH ETDİ
"Bildiyimiz kimi bu gün “SƏS” qəzetinin 31 illiyi tamam olur. 31 il “SƏS” qəzetinin tarixində zəngin və rəngarəng bir il olub". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
"Mən “SƏS” qəzeti ilk yarandığı gündən etibarən onun hansı mərhələlərdən keçdiyinin şahidi olmuşam. 80-ci illərin sonları, 90-cı illərin əvvəlləri yeni nəşrlərin meydana çıxdığı bir dövr idi. O zamanlar “SƏS” qəzeti bütün çətinliklərə, basqılara sinə gəldi. Bu qəzetin ətrafında toplaşan ziyalılar “SƏS” qəzetinin səsinin eşidilməsi üçün bütün imkanlarını ortaya qoydular. Düşünürəm ki, bu 31 ildə elə bir məqam olmayıb ki, “SƏS” qəzeti öz ahəngindən düşmüş olsun. “SƏS” qəzetinin həmişə özünəməxsus bir komandası olub, dəyərli insanlar “SƏS” qəzetinin çevrəsində olub. “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev başda olmaqla bütün "SƏS" kollektivini ürəkdən təbrik edir və onlara uğurlar arzulayıram"- deyə, BAMF sədri fikrini tamamlayıb.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB