Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə