Rusiyanın İrana silah satmasının PƏRDƏARXASI MƏQAMLARI NƏDİR? - EKSPERT AÇIQLADI
“Rusiyanın İrana yeni silahlar satmaqda məqsədi bir tərəfdən İranı gücləndirmək, digər tərəfdən də mənfəət götürmək istəyidir. Rəsmi Moskva ilk növbədə özünün geosiyasi maraqlarından çıxış edir. Çünki Rusiya və İranın əksər hallarda istər Cənubi Qafqaz, istərsə də Suriya məsələsində Yaxın və Orta Şərqdəki mövqeləri üst-üstə düşür”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
.jpg)
Ekspertin sözlərinə görə, eyni zamanda, İran ABŞ-ın yeni dünya nizamı ilə bağlı geosiyası doktrinasını qəbul etməyən və ona qarşı çıxan dövlətlərdəndir: “Bu baxımdan Moskva ilə Tehranın hərbi məsələdə əməkdaşlıq etmələri hər iki dövlətin maraqlarına cavab verir. Bununla yanaşı, Rusiya dəfələrlə bəyan edib ki, silahlarını başqa ölkələrə satmaqda məqsədi mənfəət götürməkdir. Hazırda dünya silah bazarında Rusiya ABŞ-dan sonra ikinci yeri tutur. Təbii ki, Kreml İrana silah satmaqla həm müttəfiqinin maraqların təmin etmək, həm də onu gücləndirmək istəyir. Lakin bütün hallarda Rusiyanın bu alqı-satqı məsələlərində mənfəət götürəcəyi də aydındır”.
E.Manafov vurğulayıb ki, nəzərə almaq lazımdır ki, İsrailin İranın nüvə obyektlərini hədəfə alması ilə bağlı məlum məsələlər də mövcuddur: “Lakin həmin obyektlərin əksəriyyəti Rusiyanın yaxından iştirakı ilə tikilib. Ona görə də Rusiya bölgə üzrə əsas müttəfiqi olan İranın hərbi təhlükəsizliyini də təmin etmək istəyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB