Qalib Liderə xalq dəstəyi və ildən-ilə yüksələn etimad - TƏHLİL
“İnam İndeksi” jurnalının VI buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin ictimai rəydə nəticələri bu reallığın bariz sübutudur
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət hər zaman ölkə vətəndaşlarının yüksək etimadını və dəstəyini qazanıb. 2003-cü ildən bəri keçirilən bütün seçkilərin nəticələri göstərir ki, hazırda Prezident İlham Əliyev Azərbaycan xalqının qəbul etdiyi alternativsiz liderdir, sözün birbaşa mənasında Onun nəzərəçarpacaq rəqibi siyasi səhnədə yoxdur.
Keçirilən sorğular bütün rəy sorğularının nəticələri də onu bir daha sübut edir ki, Azərbaycan xalqı öz gələcək xoşbəxtliyini bu siyasətdə görür. Prezident İlham Əliyev dünyada da nüfuzlu, uzaqgörən lider kimi tanınır.
Elə bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin “İnam İndeksi” jurnalının VI buraxılışında da Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ictimai rəydə qiymətləndirilib. «Prezident: Zəfərə davam, Zəfərə inam!» şüarı altında keçirilən təqdimatda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, “İnam İndeksi-06” sosioloji tədqiqatda Azərbaycan Prezidentinin 2021-ci ilin ikinci yarısı üzrə siyasi, hərbi və diplomatik, sosial və mədəni sahələrdə, informasiya cəbhəsində çoxşaxəli və olduqca zəngin fəaliyyəti vətəndaşlarımızın rəyində əks etdirilib. Rəy sorğusu dövlətçilik tariximizdə ilk dəfə qədəm qoyduğumuz Zəfərin bir illiyi kimi misilsiz salnamənin yazıldığı ili, azad Qarabağda möhtəşəm bərpa və quruculuq mərhələsini əhatə edir.
İLHAM ƏLİYEV LİDERLİYİNİN, PRAQMATİK SİYASƏTİNİN VƏ SƏMƏRƏLİ FƏALİYYƏTİNİN GÖSTƏRİCİSİ
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib və hesabat hazırlanarkən həyata keçirilən sorğusu təqvim etibarilə mühüm tarixi məqama, postmüharibə dövrünə, Qarabağın bərpa və quruculuq mərhələsinə təsadüf edir. Sorğu Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər istisna olmaqla bütün regionlarını əhatə edib. 1162 respondentin rəyi öyrənilib. Keçirilən əvvəlki sorğuların və cari sorğunun nəticələrinin təhlili Prezident amilinin Azərbaycan cəmiyyətində, ictimai təfəkkürdə ümummilli maraqlar baxımından birləşdirici, uzlaşdırıcı əsas güc mərkəzi olduğunu göstərir. Postmüharibə dövrünün ilk ili kimi xarakterizə edilən 2021-ci il dövlət başçısının fəaliyyətində, həmişə olduğu kimi, öz dinamikliyi və aktivliyi ilə xarakterikdir.
Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2 faiz tam etibar edirəm, 6,9 faiz əsasən etibar edirəm olmaqla yüksək səciyyələnir. Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür. Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın öz eksklavı olan Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), Türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.
Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh ediblər.
Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).
HƏM HƏRB MEYDANDA, HƏM DƏ DANIŞIQLAR MASASINDA – PREZİDENT İLHAM ƏLİYEV QƏTİYYƏTİ!
Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: “Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”.
Dövlətimizin başçısı İlham Əliyevin istər yerli televiziya kanallarına və mətbuatına, istər xarici mteleviziya kanallarına və mətbuatına, istəsə də xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən "həqiqətə həqiqət gözü ilə baxaq" çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.
Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində öz mövqeyini birmənalı şəkildə bildirərək dedi: "Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.
İQOR KOROTÇENKO: “İLHAM ƏLİYEVİN DÜNYA MİQYASINDA SİYASƏTÇİ OLDUĞUNU QƏBUL ETMƏK LAZIMDIR”
“Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə”də çıxışı çox güclü idi. Prezidentin çıxışında yüksək dəqiqlik, ardıcıllıq, məntiqlilik və əminlik vardı”.Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. Rusiyanın ən çox baxılan siyasi tok-şousunda Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlər, münaqişənin yenidən alovlanmasının səbəbləri və Ermənistan tərəfinin yalan və təxribatçı addımları ilə bağlı Rusiya ictimaiyyətini məlumatlandırdığını bildirən hərbi ekspert İlham Əliyevin dünya miqyasında siyasət adamı olduğunu vurğulayıb: “Rusiyalı izləyicilər, siyasi ekspertlər İlham Əliyevin çıxışını erməni rəqibi Nikol Paşinyanla müqayisə edərkən gördülər ki, Azərbaycan Prezidenti erməni həmkarından bir baş yox, deyərdim iki baş yuxarıda idi. MQİMO (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti-red.) məktəbi hiss olunurdu. Sözsüz ki, Rusiya cəmiyyətində Azərbaycan Prezidenti barədə ümumi rəy var. Bu rəy İlham Əliyevin dünya miqyasında siyasətçi olmasından ibarətdir. Bunu qəbul etmək lazımdır. Dünən milyonlarla rusiyalı İlham Əliyevin çıxışını izlədi və ona qarşı bir daha simpatiya oyandı. Xüsusi ilə də onun çıxışındakı yüksək dəqiqlikli arqumentlər, tezislərin ardıcıllığı, münaqişənin yenidən alovlanmasının əsas səbəblərinin ifadə olunması rusiyalı izləyici üçün hərbi əməliyyatlar və ümumilikdə münaqişə haqqında ətraflı məlumat oldu. Bu xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın əmin olmayan çıxışı fonunda daha çox hiss olunurdu. İlham Əliyev Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların bərpa olunmasına gətirib çıxaran əsas səbəbləri ardıcıl olaraq dilə gətirdi. Bu çox mühüm məsələ idi. O bildirdi ki, İrəvanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesini uzatmaq arzusu və uzun müddətdir ki, Paşinyanın törətdiyi təxribatlar nəhayət geniş miqyaslı müharibəyə gətirib çıxarıb".
Bəli, 44 günlük Vətən Müharibəsi bir daha Prezident İlham Əliyev cənablarının dünya miqyasında LİDER siyasətçi olduğunu bir daha göstərdi. Və dəmir yumruğa çevrilən 44 günlük Vətən Müharibəsinin Qələbə sevincimizi nümayiş etdirən ZƏFƏR PARADIMIZ bunun sübutudur. Dövlətimizin başçısı İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz də var. Dövlət başçımızın dediyi kimi: “İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”.Bu Qələbə eyni zamanda, göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, hər kəs bir arzu ilə yaşayıb və bu arzu həyata keçirildi. Artıq müharibə arxada qaldı. Prezident İlham Əliyev Azərbaycan xalqını 2020-ci ilin qalib xalqı etdi. 18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. Bax, budur uğurlu siyasət!
Ümumiyyətlə, Aəzərbacan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur. Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl Prezident İlham Əliyevin məhz 18 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübutudur. Bu xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbsidir. Çünki bizim yumruğumuz bizim birliyimizdir.
Həmçinin, bu sorğu bir daha sübut edir ki, Azərbaycanda İlham Əliyev siyasi lider kimi, alternativsiz LİDER kimi xalqın inam ünvanıdır. Çünki məhz bu siyasətin nəticəsində biz Qələbə qazandıq. Haqq, ədalət, Azərbaycanımızın bütövlüyü bərp olundu. Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev dekabrın 24-də Şuşada, Cıdır düzündə çıxışı zamanı dediyi kimi: “Xalqımız bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu”,-deyərək bildirib ki, “Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu”.
Çünki dövlət başçısı xalqın dəstəyinə, xalqın da liderinə böyük inamı olduğu üçün 44 gün ərzində 30 illik həsrətə son qoyuldu.
Prezident İlham Əliyev dekabrın 24-də Şuşada, Cıdır düzündə çıxışı zamanı bir daha bildirib ki, xalqın dəstəyi mənə güc verir, iradəmi möhkəmləndirir: “Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.
Bəli, bu Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının əsl siyasətidir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB