30 ildə Ermənistanı 1,5 milyondan çox insan tərk edib - RƏSMİ

30 ildə Ermənistanı 1,5 milyondan çox insan tərk edib - RƏSMİ

"Son vaxtlar Ermənistanda mühacirətlə bağlı acınacaqlı vəziyyət yaranıb. Yaxşılığa doğru ümidlər çox azdır". Bu barədə Ermənistanın baş naziri yanında diasporla iş üzrə baş komissarı Zara Sinanyan bildirib.

Eyni zamanda o, Ermənistanın bu vəziyyətlə barışa bilməyəcəyini, nəticənin ağır olacağını qeyd edib: “Bu hal 30 ildir ki, Ermənistanı diz çökdürüb. 30 il ərzində 1,5 milyondan çox insan Ermənistanı tərk edib".

Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistanı tərk edənlərin sayında ciddi artım yaranıb. Vaxtilə Qarabağda qanunsuz olaraq məskunlaşdırılan ermənilərin də xaricə köç etmələri vəziyyəti daha da ağırlaşdırıb. Ermənistan hökumətinin miqrasiyanı dayandırmaq üçün ciddi planının olmaması ermənilərin bütün ümidlərinin üstündən xətt çəkib. Xüsusən də Rusiyaya, Avropa ölkələrinə, Ukraynaya köç edən ermənilər ölkənin demoqrafik vəziyyətinə ağır zərbə vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə