Ermənilərin oyununun sonu – PSİXOZDAN AYILMA - TƏHLİL

Ermənilərin oyununun sonu – PSİXOZDAN AYILMA - TƏHLİL

Azərbaycanın qələbəsi ilə nəticələnən müharibə bir halda ki, həm Rusiya, həm də Qərb üçün yeni iqtsiadi istiqamətlər formalaşdıra bilib, o zaman bütün proseslərin təkcə Moskvanın iradəsi altında baş verməməli olduğunu artıq Avropanın açıq şəkildə bəyan etməsi gözlənilən idi və belə də oldu. Artıq Avropa proseslərə marağını da gizlətmir. Məsələ burasındadır ki, indi Avropa artıq Ermənistanın maraqları deyil, özünün maraqları kontekstində məsələyə yanaşdığını gizlətmir və Ermənistanı dəstəkləməklə regionda mövcudluğunu, iştirakını bərpa etməyin artıq mümkünsüzlüyünü, eləcə də bunun doğru istiqamət və yol olmadığını da etiraf edir. Bu isə ondan xəbər verir ki, Ermənistanın oyunlarının sonu çatıb və artıq məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu qalmır.

Ermənistanın hər zaman mövqeyini dəstəkləyən Fransa prezidenti Emanuel Makronun Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü xüsusilə diqqəti cəlb etdi. Bu görüş zamanı Fransa prezidentinin mövqeyi göz önündə idi və dərhal hiss olunurdu ki, Makron bu dəfə Paşinyanı dəstəkləmək niyyətində deyil. Hiss olunurdu ki, Makronun nə marağı, nə də həvəsi qalmayıb və ən azından xeyirsiz, uğursuz bir ölkəni və onun uğursuz liderini dəstəkləməkdən bezdiyi dərhal duyulurdu. Duyulurdu ki, Ermənistanı müdafiə etməklə Fransanın regiondakı maraqlarını qoruya bilməyəcəyini Makron yaxşıca anlayıb və dərk edib ki, Azərbaycanın ədalətli mövqeyinin, maraqlarının müdafiəsi Fransanın maraqlarına uyğun gələ bilər. Əks halda, bölgədən də, bu bölgədəki proseslərdən də kənarlaşacağını Fransa göz önünə almaq məcburiyyətində qala bilər ki, bunu Makron artıq anlayıb. Sözsüz ki, Makron Avropa İttifaqının belə artıq haqqın, ədalətin, yəni Azərbaycanın tərəfində olduğunu yaxşıca gördü və çox gümün ki, bu da Fransa liderinə dərs oldu. Ümid edirik ki, bütün bu proseslər ermənilər üçün də, baş nazir Paşinyan üçün də dərs oldu və reallıqları hamının qəbul etməsinin fonunda oyununun sonu çatdığını erməni cəmiyyəti anladı.

Brüsseldə Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanat İrəvanın kapitulyasiyasının Qərb tərəfindən etirafı, yaxud, təsdiqi kimi qiymətləndiririlir ekspertlər tərəfindən. Bu bəyanat eləcə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin necə bir strateq olduğu barədə da Avrpanın birbaşa etirafı sayılır. Bəli, Azərbaycanın maraqlarına cavab verən məsələdə Brüssel ilə Moskvanın eyni şəkildə, özü də bir-birinin ardınca həmrəylik nümayiş etdirməsi diplomatiyamızın birmanalı olaraq qələbəsi hesab olunur. Bu həm də qələbəmizin qarşı tərəfə məcburi şəkildə həzm etdirilməsidir ki, ermənilər üçün də, Paşinyanın özü üçün də, məsələləri qızaşdırmağa çalışan Ermənistan müxalifəti üçün də ən böyük zərbədən biri də məhz bu oldu. Bir növ, hansı cəbhədə, harada olmasından asılı olmayaraq, bütövlükdə ermənillərin hamısına “yox” deyildi və yerində oturduldu.

Əvvəla, zərbənin birincisi Paşinyana dəydi və indi erməni baş nazirin üz tutacağı yer belə qalmadığı çılpaqlığı ilə ortaya qoyuldu. Qərbin adamı kimi qəbul edilən Paşinyana elə Avropanın tən ortasında “yox” deyilməsi onun nəinki sığınacaq nöqtəsini dağıtdı, eyni zamanda kütlənin hədəfinə çevrilməsinə əsas yaratdı. Brüssel bəyanatı göstərdi ki, Paşinyanın “demokratik imic” yaratmaq cəhdlərinin fonunda, Avropa İttifaqı İrəvanı Avropa ailəsinin üzvü hesab etmədiyini gizlətmədi. Ermənistan daxilində belə Paşinyanın siyasi manevr etmək imkanlarını minimuma endirildi. Erməni ictimaiyyəti ölkənin siyasi rəhbərliyinin nağıllarına artıq inanmayacağı zərrə qədər şübhə doğura bilməz. Paşinyanın guya “Rusiyanın təzyiqi altında güzəştə getməsi” barədəki uydurmalarının da sonu çatdı və bu vəziyyət onun siyasi fəaliyyətinin də sonu ola bilər.

Rəsmi İrəvanın münaqişədən guya “yarı uduzmuş vəziyyətdə” çıxması barədə fikir formalaşdırmaq ümidlərini də Brüssel görüşü tamamilə puça çıxardı. Hərhansı formada statusun verilməsi barədə ümumiyyətlə məsələ qaldırılmaması İrəvan üçün nəinki ciddi mesaj, çox böyük bir zərbə oldu. Brüsseldə konkret olaraq, ermənilərin məğlubiyyətinin qəbul edildiyini əks etdirən atmosfer göz önündə idi ki, bu da Ermənistanın baş nazirinin solğun və məyus sifətində özünü biruzə verirdi. İndi Paşinyan özü başda olmaqla hansısa erməninin məğlubiyyətlərini ört-basdır etmə cəhdləri zərrə qədər mənası qalmayıb. ATƏT-in Minsk Qrupundan söhbət belə açılmaması da erməni cəmiyyəti üçün çox ağrılı oldu.

Hərtərəfli sülh müqaviləsi imzalamaq çağırışı, ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə kommunikasiya infrastrukturlarının bərpası məsələsi də Brüsseldə vurğulandı ki, bu da nəticə etibarı ilə Ermənistana dolayısı ilə təsir olunması deməkdir. Daha dəqiq desək, bu, ermənilərin boyun qaçırmaq istədiyi, yaxud, uzatmağa çalışdıqları məsələləri dərhal həll etməsi üçün Ermənistana verilən mesajdır. “Ölkələrin suverenliyinə hörmətlə yanaşılması” şərti özü əslində, Azərbaycanın ərazi bütövlüyünü tanımasının diktə olunması kimi qəbul olundu erməni cəmiyyətində. Bəyanatda kommunikasiyaların açılması məsələsinə toxunulması da öz növbəsində diqqət çəkən məqamdır və Brüsselin belə Zəngəzur dəhlizi layihəsinin tərəfdarı olduğunu təsdiqləyir.

Əlbəttə ki, “münaqişə irsinin aradan qaldırılması” tövsiyəsi də sıradan bir hal, məqam deyil və əslində, dərk etmiş olsalar bundan ermənilər öz nəticələrini də çıxarmalıdırar. Nəzərə almaq lazımdır ki, erməniləri qızışdıran və dırnaqaraası, qondarma “erməni problemi” adı altında məsələni süni şəkildə bu zamana qədər körükləyən, bununla da bölgədəki proseslərə müdaxilə etmək şansı qazanacağını zənn edən də Qərb olub və indi belə bir tövsiyyənin verilməsi Qərbin süni yaratmış olduğu “erməni problemi”ndən əl çəkdiyini təsdiqləyir. Erməni xalqı nəhayət, gec də olsa anlamalıdır ki, yüzillər boyu süurlarına yeridilən, əslində isə Qərbin geosiyasi maraqlara xidmət edən anti-türk təbliğatı bu təbliğatı yeridən Qərbin özünün belə artıq maraq dairəsində deyil. Artıq Avropanın maraqları dəyişib və belə olan halda ermənilərin anti-türk əməlləri dəstəklənməyəcək və bunun fonunda da ermənilərin nəyə isə nail olacaqlarına ümid bəsləməmələri tamamilə ağılsızlıqdır ki, bunu özləri ən tez zamanda dərk etməlidirlər. Dərk etməlidirlər ki, dəyişən maraqlara görə də erməni düşmənçiliyinə artıq ehtiyac qalmır və onlar kütləvi psixozdan ayılmaq məcburiyyətindədirlər.

Bəli, Qərbdən imdad diləyən Ermənistan oyunun sonuna gəldi. Fransa da daxil olmaqla heç bir dövlət sözdə belə Ermənistanı dəstəkləmədi, əksinə, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdıqlarını dəfələrlə ifadə etdilər. Təkcə, münaqişə irsinin aradan qaldırılmasına çağırış, cənab Prezidentin “Qarabağ münaqişəsi bitib” bəyanatının Avropa İttifaqı tərəfindən qəbul edilməsi, Ermənistan üçün oyunun sonu deməkdir. Bəli, erməni arzuları Brüsseldə dəfn edildi.

Ümid edirik ki, Nikol yəqin, gec də olsa başa düşdü ki, KTMT, NATO, ya Avropa İttifaqı, yaxud da hansısa beynəlxaq təşkilat Ermənistan ordusu əvəzinə onun qonşuları ilə müharibə aparmaq, ermənilərin yerinə döyüşmək üçün yaradılmayıb. Hər birinin öz maraqları, strategiyası var və ən azından imicinin qorunması üçün sonda beynəlxalq hüququn tərəfində, ədalətli mövqedə olan tərəfin, Azərbaycanın yanında olmaq məcburiyyətində qaldıqları da güman edirik ermənilər üçün aydın oldu. Özündən başqa hamıya arxayın olan və sonunda çıxılmaz vəziyyətdə, məğlub durumda qalan işğalçı Ermənistanın qonşularla normal münasibət qurmaqdan başqa yolu olmadığının ermənilər indi fərqində olduqlarına ümid edirik. Ümid edirik ki, Brüssel görüşündən sonra belə bir doğru qənaətə gəldilər. Bildilər ki, Brüssel görüşü reallıqların təzahürü, haqqın, ədalətin qələbəsi oldu. Bu görüş ermənilərin oyunun sonu, eləcə də ermənilərin psixozdan ayılması üçün tutarlı, təsirli bir görüş oldu.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə