“Brüssel görüşü Azərbaycanın milli və təhlükəsizlik maraqlarına tam cavab verir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Brüsseldə Aİ-nin sədri Sarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında baş tutmuş görüşdə sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun yaradılması ilə bağlı qəbul edilmiş qərar Moskva Soçi razılıqlarının yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti uğurlu addım kimi qiymətləndirilə bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Ermənistanın hər vasitə ilə bu razılıqların həyata keçirilməsindən boyun qaçırmaq üçün sərgilədiyi mövqe Azərbaycan prezidentinin siyasi iradə və dəmir məntiqi ucbatından uğursuzluqla nəticələnir: “Görünən odur ki, Azərbaycan tərəfi çətinliklə də olsa Ermənistanı addım-addım məlum razılaşmalarının yerinə yetirilməsi üçün danışıqlara cəlb edir, onun maraqlarımıza cavab verməyən addımlarının qarşısı çox böyük uğurlar alınır. Bu isə Azərbaycanın regionda davamlı və dayanıqlı sülhün bərqərar olmasında, 3+3 formatında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsində maraqlı olan bəlli dairələr, güc mərkəzləri ilə apardığı məqsədyönümlü danışıqlar, qarşılıqlı maraq doğuran məsələlər ətrafında əldə olunmuş razılıqların hesabına əldə olunub. Görüşdən əvvəl Azərbaycan Prezidentinin Zəngəzur nəqliyyat dəhlizində Ermənistana aid ola biləcək heç bir gömrük postunun qoyulmasından söhbət belə gedə bilməz, əks halda biz də Laçın dəhlizində belə bir post qoyarıq kimi məlum bəyanatı Ermənistanda güclü rezonansa səbəb olmuş, Azərbaycan diplomatiyasının danışıqları da dəmir yumruq siyasətinin doğurmuş olduğu reallıqların ampluasında davam etdirmək əzminin göstəricisi kimi qəbul olunmuşdur. Brüsseldə Aİ ilə Şərq əməkdaşlığı kontekstində danışıqlarda Ermənistan tərəfi ilə növbəti görüşdə razı olmaqla Azərbaycan tərəfi Moskva və Soçi görüşlərində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan etməklə bölgədə nəhayət ki, sülh və təhlükəsizliyin bərqərar olması, qarşı duran və vasitəçilik edən tərəflər arasında etimadın artması üçün geosiyasi maraqlarından asılı olmayaraq bütün tərəflərlə konstruktiv əməkdaşlığa hazır olduğunu nümayiş etdirmiş oldu. Görüşdə nəqliyyat kommunikasiya xətlərinin açılması üçün aparılan danışıqları, baş tutmuş müzakirələr də milli və Təhlükəsizlik maraqlarımızın təmin olunması üçün prezidentin özü tərəfindən hazırlanmış strategiyanın real perspektivlərə hesablandığının göstəricisi kimi qəbul olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB