Azərbaycan Prezidenti indiyədək mövqeyindən dönməyib -POLİTOLOQ MÖVQE BİLDİRDİ

Azərbaycan Prezidenti indiyədək mövqeyindən dönməyib -POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Bildiyiniz kimi Soçi görüşündə iki əsas məsələ razılaşdırılıb. Əsas məsələ kommunikasiyaların açılmasıdır. Digər bir məsələ sərhədlərin delimitasiyası və demarkasiyası məsələsidir". Bunu SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

O,qeyd edib ki, hər iki məsələ ilə bağlı razılıq əldə edilib. Buna əlavə etməyə ehtiyac yoxdur. Sadəcə vaxt baxımından və kimlərinsə iştirakı baxımından əlavələr etmək olar. Ancaq buna da ehtiyac yoxdur. Brüssel görüşündən Soçi görüşünə hər hansı əlavə edilməyəcək.

Nadir Şəfiyev bu haqda fikrini belə izah edib: "Çünki hər iki ölkəyə təsir etmək mexanizmi Rusiyanın əlindədir. Məhz Rusiya ordusu həm Ermənistanın, həm də Azərbaycanın ərazisindədir. Rusiya hazırda bütün proseslərə moderatorluq edir. Qaldı, Avropanın bu prosesə cəlb edilməsinə, ermənilər çalışırlar ki, Qarabağın statusu ilə bağlı dünya birliyinin diqqətini çəksinlər. Beləliklə Qarabağa status alsınlar. Bununla bağlı Azərbaycan Prezidenti öz mövqeyini ortaya qoyub. O, bildirib ki, Qarabağda heç bir statusdan söhbət gedə bilməz. Azərbaycan Prezidenti indiyədək mövqeyindən dönməyib və inanmıram ki, bundan sonra da dönsün. Çünki bu mövqe tək Azərbaycan Prezidentinin mövqeyi deyil, həmçinin Azərbaycan xalqının mövqeyidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə