Hikmət Hacıyev: Bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir

44 gün davam edən müharibə nəticəsində Azərbaycan qalib gələrək Cənubi Qafqazda böyük imkanlar açıb. Bizim əsas məqsədimiz bölgədə sülhü bərqərar etmək idi. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib: “Prezident İlham Əliyev məsələni sülh yolu ilə həll etmək istəyirdi. Bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir. Elə ekosistem yaratmaq istəyirik ki, bizə müxtəlif əməkdaşlıq formatları imkanı versin. Cənubi Qafqazda nəqliyyat, ticarət yolları, marşrutlar açıla bilər. Azərbaycanın işğal altında qalan ərazilərində mədəni abidələri dağıdılıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...