Azərbaycan əməkdaşlığa açıq olan bir ölkədir - ŞƏRH EDİLDİ

"Türkmənistanın paytaxtı Aşqabad şəhərində 28 noyabr tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında cənab Prezident İlham Əliyevin çıxışı olmuşdur. Ümumiyyətlə, Azərbaycan həmişə beynəlxalq qurumlarla konstruktiv mövqeyini daim davam etdirmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan əməkdaşlıq sahəsində böyük uğurlar qazanmışdır: "Azərbaycan İƏT-in fəal üzvüdür və bu təşkilata üzv olan dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanan bir sistem üzərində qurulub. Azərbaycan əməkdaşlığa açıq olan bir ölkədir. Azərbaycanda yerləşəcək İƏT-in tətqiqat mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcəkdir. Ümumiyyətlə son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Cənab Prezidentin fəaliyyəti dövründə genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə elmi yaradılmışdır.

Dünya bankının “Doing biznes” hesabatına əsasən Azərbaycan 190 ölkə arasında 28-ci yerə sahib olmuşdur. Yəni bu müddət ərzində Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarıdan çoxu xarici sərmayədir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərfindən yüksək qiymətləndirilib. "Doing biznes" hesabatına əsasən Azərbaycan əhalisinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmiryol xidmətləri səmərəliliyinə görə 11-ci, hava nəqliyyat xidmətlərinin səmərəliliyinə görə isə 12-ci yerlərdə durur. Dəniz limanı xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından isə 27-ci yerdədir.

Pandemiya dövründə Azərbaycan fəsadlarla mübarizə baxımından cari ilin yanvar ayından etibarən ölkədə peyvəndləmə kampaniyasına başlanılmışdır. Ölkədə yekun əhalinin 60 faizdən çoxuna 2-ci doza tətbiq edilmişdir. 2022-ci il həmin məqsədlərlə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılmışdır. Həmin müddət ərzində isə covid-19-dan əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial iqtisadi dəstək paketi təqdim edilmişdir. Azərbaycan pandemiya ilə mübarizə əsasında qlobal siyasətin səfərbər edilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycan peyvənd milliyətçiliyinin qəti şəkildə əleyhinə olduğunu daim vurğulamış və bu gün də öz mövqeyini davam etdirməkdədir.

Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan ilə BMT-nin Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədi ilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilmişdi. Ümumiyyətlə bu istiqamətdə Dünya Səhiyyə Təşkilatının vasitəsi ilə kasıb ölkələrə Azərbaycan öz dəstəyini əsirgəməmişdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyulması istiqamətində də Azərbaycan öz iqtisadi gücü hesabına 44 günlük Vətən müharibəsində Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kaputuliyasiya aktının imazlanmasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycanın hərbi quruculuq sahəsində atdığı uğurlu addımlar hesabına 44 günlük Vətən müharibəsində tək öz gücü hesabına qələbə qazandı.

BMT-nin 1993-cül ildə qəbul etdiyi qətnamələrdə hansı ki, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması tələb edilmişdi, lakin Ermənistan 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq buna əməl etmədi və Azərbaycan ordusu, Azərbaycan dövləti bu qətnamələrin icrasına özü birbaşa nail oldu. Həmin dövrlərdə Ermənistan həm yaşayış binalarını, həm tarixi abidələri, qəbirstanlıqları darmadağın etmişdir. Eyni zamanda yeraltı və yerüstü sərvətlərimizi də birbaşa terrora məruz qoymuşdur. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı".

Deputat həmçinin bildirib ki, cənab Prezident işğaldan azad edilmiş bölgələrə səfər etmiş və həmin ərazilərin bərpası, irimiqyaslı layihələrin həyata keçirilməsi üçün planlı şəkildə nəzərdə tutulmuş böyük layihələrin icrası ilə əlaqədar tapşırıqlar vermişdir: "Qısa zaman kəsiyində həmin layihələrin həyata keçirilməsi və cənab Prezidentin bu açılışlarda iştirak etməsi müharibədən çıxmış bir ölkənin bu cür geniş imkanlara malik olması təbii ki, bütün dünyada diqqət mərkəzinə çevrildi. Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsində işğal olunmuş ərazilərin hamısında qısa zamanda yenidənqurma işləri davam etdirilir və baş plana əsasən bütün bölgələrimiz qısa zaman kəsiyində bərpa olunacaq və dünya standartlarına cavab verən yeni yaşayış məntəqələri tikiləcək. Keçmiş məcburi köçkünlərimiz də öz ata-baba yurdlarına qayıdacaqdır. Azərbaycan daim bütün beynəlxalq qurumlarla sıx dostluq, qardaşlıq münasibəti göstərərək etibarlı tərəfdaşa çevrilmişdir. Azərbaycanın siyasəti bundan ibarətdir. Düşünürəm ki, bu uğurlar daha da genişlənəcək və Azərbaycanın beynəlxalq qurumlar arasında nüfuzu daha da yüksələcəkdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...