Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

SİA-nın məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib:

"Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Seninleyiz Türkiye", - paylaşımda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə