Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib

Noyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri, COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, iclasda pandemiya ilə bağlı hazırkı vəziyyət – yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub.

Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. İclasda, habelə omikron ştammı və ona qarşı profilaktik tədbirlər müzakirə olunub, müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...