İrəvan Moskvaya müraciət etdi: Ankara ilə barışmaq istəyirik TƏƏCCÜBLÜ

İrəvan Moskvaya müraciət etdi: Ankara ilə barışmaq istəyirik TƏƏCCÜBLÜ

İrəvan Moskvadan xahiş edərək erməni-türk münasibətlərinin normallaşdırılmasında yardım göstərməsini istəyib. SİA xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın sözlərini Azadlıq Radiosunun erməni bürosu (Azatyutyun) yayıb.

“Biz heç bir ön şərtlər irəli sürmədən erməni-türk münasibətlərinin normallaşdırılması prosesinə başlamaq üçün Rusiyanı məlumatlandırmışıq. Nə vaxtsa və əgər proses başlanarsa, təbii ki, biz bu barədə informasiya təqdim edəcəyik”, deyə Unanyan Azadlıq Radiosunun erməni bürosuna açıqlamasında bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə