YAP Qusar rayon təşkilatı YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirib FOTOLAR

YAP Qusar rayon təşkilatı YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirib FOTOLAR

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Qusar rayon təşkilatının rəhbərliyi və fəalları ilk olaraq, partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini yad ediblər. Sonra tədbir iştirakçıları rayonun Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini yad ediblər.

Tədbir YAP Qusar rayon təşkilatının qərargahının iclas zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən David İbramxəlilov qeyd edib ki, biz partiyamızın 29 - cu ildönümünü yeni tarixi şəraitdə, qalib ölkənin vətəndaşları kimi qarşılayırıq. Həmçinin natiq, Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə ölkədəki vəziyyət, "91-lər"-in Ümummilli Liderə tarixi müraciəti, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və partiyanın inkişafının müasir dövrü haqqında söz açıb.
Tədbirdə çıxış edən partiya veteranı, YAP Qusar rayon təşkilatının yaradıcılardan olan rayonun ağsaqqal ziyalısı Əliyulla Ağalarov, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan Silahlı Qüvvələrin mayoru Renat Şixnəbiyev və YAP üzvü, Vətən müharibəsinin qazisi Ruslan Kübərov partiyanın keçdiyi şərəfli tarixi yoldan və Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən söz açıblar.
Sonra tədbirə dəvət olunmuş YAP üzvü olan şəhid valideynləri və Vətən müharibəsinin qaziləri Fəxri Fərmanlarla təltif edilmiş və onlara hədiyyələr təqdim olunub.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Həmin gün Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə ağacəkmə aksiyası da təşkil olunub.
YAP Qusar rayon təşkilatının fəallarının iştirakı ilə yeni salınacaq "Zəfər parkı"nda müxtəlif dekorativ ağaclar əkilib.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə