Yeni Azərbaycan Partiyası qələbələr, zəfərlər, uğurlar partiyasıdır FOTOLAR
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Qobustan rayon təşkilatında silsilə tədbirlər keçirilir
Bu gün YAP Qobustan rayon təşkilatının Su kanalizasiya idarəsi ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Qobustan rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev çıxışında bildirdi ki, 29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı olan, xalqın rifahının inkişafına xidmət edən mütərəqqi siyasi baxışı özündə cəmləyən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Müasir Azərbaycan tarixinin Yeni Azərbaycan Partiyası ilə başlanan yolu böyük və davamlı inkişaf strategiyasıdır. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu. Bu strategiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 gündə azad olunması ilə nəticələndi. Bizim doğma Qarabağa qayıdışımız məhz Yeni Azərbaycan Partiyasının ətrafında yaranan milli birliyimiz və həmrəyliyimiz sayəsində mümkün oldu. 29 illik fəaliyyəti uğurlu taleyi olan Yeni Azərbaycan Partiyasının öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirən bir siyasi təşkilat olduğunun sübutudur. Qürurverici haldır ki, Yeni Azərbaycan Partiyası qələbələr, zəfərlər, uğurlar partiyasıdır.
Su kanalizasiya idarəsi ərazi ilk partiya təşkilatının sədri Mehdiyev Bəhmən Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək, cəmiyyətdə aparıcı mövqe tutan nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının 29 idə keçdiyi çətin və şərəfli mübarizə tarixindən danışdı. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi kursu Onun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Sürətlə inkişaf edən Azərbaycan güclənir və beynəlxalq miqyasda nüfuzu getdikcə artır.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB