YAP 29 il -Böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası dövlət-xalq birliyinin partiyasıdır MÜSAHİBƏ

YAP 29 il -Böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası dövlət-xalq birliyinin partiyasıdır MÜSAHİBƏ

Mehdi Balabəyov: “29 il ərzində böyük, şanlı yol keçənən Yeni Azərbaycan Partiyası üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirir”

Müsahibimiz YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovdur

- Mehdi müəllim, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyini İkinci Qarabağ müharibəsinin Şanlı qələbəsinin bir ilinin qeyd olunduğu bir tarixi zamanda qeyd edirik.

- Bəli, bu günümüzlə qürur duyuruq. Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə 44 gün ərzində «dəmir yumruq» əməliyyatına əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin rəşadəti ilə 30 illlik torpaq həsrətinə son qoyaraq Azərbaycan tarixinə qələbələr yazdı VƏ ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Bu, qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu haqqın qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir!.

Bu gün Ali Baş Komandanımız, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının diplomatik siyasəti ilə həm siyasi meydanda, həm də döyüş meydanında qalibdir. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, 9 noyabr tarixində Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Və bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Yəni, YAP-ın yaranmasını tarixi zərurət və Azərbaycan xalqının taleyi diqtə edirdi. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə, bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Heydər Əliyev ola bilərdi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi.

- Həmin dövrlərdə YAP-ın yaradılması üçün çox maneələr törədilirdi. Lakin xalqın təkidli tələbi bütün bu maneələri aradan qaldırdı...

- Əlbəttə, o dövrlər YAP-ın yaradılması üçün maneələr törədilirdi. Həmin vaxtlar xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı səriştəsiz şəxslərin rəhbərlik etdiyi hakimiyyətin maneələr yaratması ucbatından, partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Yenə də xalqın Heydər Əliyevə olan inanmını bəzi qüvvələr sarsıda bilmədi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Deyərdim ki, Azərbaycan xalqı artıq nicat yoluna qədəm qoydu. Çünki qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Qarşıda ölkəni çətin, böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. Bu partiya Azərbaycanın çağdaş dövr tarixində ilk konstruktiv müxalifət partiyası nümunəsini göstərdi. Onun siyasi nüfuzunun, siyasi gücünün və populyarlığının bir səbəbi də budur. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət yeridildi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.

- Mehdi müəllim, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının firavan gələcəyinə hesablanan mütərəqqi siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Həmin zamanı necə xarakterizə edərdiniz?

- Bəli, bu siyasi kursu davam etdirmək asan məsələ deyil. Çünki burada Heydər Əliyev ideologiyası, məfkurəsi var. Bu ideologiya, məfkurə və dövlətçilik fəlsəfəsi çox zəngindi. Bu siyasi kursu layiqincə davam etdirmək böyük məsuliyyətdir. Bu gün birmənalı şəkildə demək olar ki, ölkə Prezidenti İlham Əliyev bu kursun ən layiqli davamçısıdır. Ona görə də bu gün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib.

Əlbəttə, bunun başlıca səbəblərindən biri də birbaşa dövlət başçımız, partiyamızın Sədri İlham Əliyevin xalq arasındkı böyük nüfuzudur. Çünki partiyamızın Sədrinin şəxsi keyfiyyəti, Onun Heydər Əliyev ideyalarına sonsuz sədaqəti, Azərbaycan dövlətinin siyasi və iqtisadi nüfuzunun artmasına yönələn fəaliyyəti partiyamızın xalq qarşısındakı hörmət və inamını artırır. Bizi sevindirən, fərəhləndirən amil də budur ki, artıq hər bir YAP üzvü bilavasitə Heydər Əliyev ideyalarına, bu ideyaların inkiaf etməsinə sədaqətlə xidmət edir. Bu sədaqət hazırda Prezident İlham Əliyev siyasəti kontekstində bütün məziyyətləri ilə sübuta yetirilməkdədir.

-Mehdi müəllim, bildiyimiz kimi, bu ilin mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi, Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutmasına fikirləriniz.

- Bildiyiniz kimi, bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Həmçinin Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması, həm də ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı. Hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu. Ona görə də deyə bilərik ki, bu qurultay demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək.

Prezident, Yeni Azərbycan Partiyasının Sədri İlham Əliyev qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxış edərək əldə edilən uğurları, aparılan hərtərəfli islahatları dəyərləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi. Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən Prezident öncə son 3 il ərzində həyata keçirilən mütərəqqi işləri yüksək qiymətləndirərək partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi. Bu gün sıralarında 760 580 insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir. Gələn il yaranmasının 30 illiyi tamam olacaq partiya ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Prezidentin də söylədiyi kimi, YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyanın böyük ənənələri var.

VII qurultayda xeyli yeniliklər baş verdi. Ona görə də deyə bilərik ki, partiya yeniləşmiş formatda daha fəal olacaq. Cənab İlham Əliyev partiyanın rəhbər orqanlarında yeni təmsil olunanlar qarşısında tələblər də qoydu. Bildirdi ki, onlar partiyanın bundan sonra da ölkənin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün fəal olmalı, partiyanın fəaliyyətində mühüm rol oynamalı, ümumi işlərə töhfə verməlidirlər.

Bir sözlə, bu gün Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi mütərəqqi islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki görülən işlər və Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir. Və bu gün özündə 750 minə yaxın insanı birləşdirən partiyamızın cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir. Partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf edəcəyinə inanır və bu yolda özünün töhfələrini verəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə