"Ermənistan xalqı dövlətin siyasətini dəstəkləmir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Ermənistan yenidən sərhədi pozma cəhdlərinə əl atır və hərbiçilərə qarşı müəyyən təxribatlar törədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavanşir Paşazadə bildirib.
Onun sözlərinə görə, Ermənistanın daxili rəhbərliyində müəyyən ziddiyətlər var və bu da belə təxribatların baş verməsinə səbəb olur. Ermənistanda Müdafiə Nazirliyi dəyişdirildi. Ölkədə revanşist qüvvələr meydana çıxmağa başladı və xalq ilə dövlət arasında müəyyən problemlər yaranmağa başladı. Ermənistan xalqı dövlətinin siyasətini dəstəkləmir. Ölkədə hakimiyyətin qərarlarına artıq o qədər də məhəl qoyulmur. Ermənistan xarici dövlətlərlə əlaqələr qurmağa çalışır, həmin dövlətlər isə Ermənistanı inandırmağa çalışır ki, sərhədlərin pozulması onlara nəsə qazandıracaq. Halbuki bunlar heç bir nəticə verməyəcək. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Biz ancaq öz torpaqlarımıza cavabdehik. Heç kəsə də öz torpaqlarımızdan bir qarış belə verməyəcəyik. Nə qədər ki, Ermənistan xarici dövlətlərin fikirləri ilə hərəkət edəcək o zaman da onun xalqı hər zaman əziyyət çəkəcək. Yadınızdadırsa müharibədən əvvəl Ermənistan bir sıra təxribatlar törətmişdir. Son təxribatlardan sonra Azərbaycan düşmənə layiqincə cavab verdi və 44 günlük müharibə dövründə öz tarixi torpaqlarını düşmən tapdağından xilas etdi. Yəni bu onlara dərs olmalıdır ki, əgər bir də belə hallar yaşanarsa Azərbaycan xalqı buna səssiz qalmayacaq və düşmənə lazımi cavabı verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB