Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Oğuz şəhər 3 saylı məktəb-liseyə Vətən müharibəsinin oğuzlu şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Nail Nəriman oğlunun adı verilib. Bununla əlaqədar olaraq, noyabrın 11-də sözügedən məktəbdə Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun, YAP Oğuz rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Saleh Məhərrəmovun, Oğuz rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidovun, rayon rəsmilərinin, məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə məktəb-liseyinə Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Nail Nəriman oğlunun adının verilməsinin təqdimat mərasimi keçirilib. Məktəb-liseyin qarşısına Vətən müharibəsi Qəhrəmanının lövhəsi vurulub.
Tədbirdə məktəblilər Vətən müharibəsi, Şəhidlərimiz və Nail İbrahimli haqqında hazırladıqları geniş kompozisiya ilə çıxış ediblər. Həmçinin, təhsil şöbəsinin müdiri Anar Məcidov, Qəhrəmanımızın anası Aqibət İbrahimli, Oğuz RİH-in başçısı Eyvaz Qurbanov şəhid və qazilərimizə dövlət tərəfindən göstərilən diqqət qayğı ilə bağlı fikirlərini bölüşüblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB