“Dünən 20-yə yaxın şəxsin işi prokurorluğa təqdim edilib” - MUSA HÜMBƏTOV

“Dünən 20-yə yaxın şəxsin işi prokurorluğa təqdim edilib” - MUSA HÜMBƏTOV

"İlkin olaraq Amnistiya aktı ilə bağlı məhkumların şəxsi işlərini öyrəndik. Elə maddələr varki amnistiyaya düşür". SİA-nın verdiyi məlumata görə, bu sözləri Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünən 20-yə yaxın şəxsin işi Probasiya xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək. Probasiya xidməti tərəfindən Amnistiya aktının icrası zamanı elə məhkumlar var ki, cəza müddətləri azaldılacaq, elə şəxslər də var ki azad ediləcəklər. Tərəfimizdən 4 ay müddətdində Amnistiya aktının icrası üçün bütün zəruri tədbirlər həyata keçiriləcək”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə