Ukrayna Ali Radasının Tənzimləmə Komitəsi parlamentə “Xalqın xidmətçisi” partiyasının prezidentyönümlü fraksiyasından xaric edilmiş deputat Qeo Lerosun ləyaqətsiz jestinə görə beş plenar iclasda iştirak etmək hüququndan məhrum edilməsini tövsiyə edib. SİA xəbər verir ki, bu barədə Radanın reqlament üzrə alt komitəsinin rəhbəri Pavel Frolov çərşənbə günü Telegram-da yazıb.
Qeyd edək ki, bir qədər əvvəl Leros parlamentin tribunasından prezident Vladimir Zelenskini və onun aparatının rəhbərini açıq şəkildə təhqir etməyə başlayıb. Radanın spikeri Ruslan Stefançuk ona irad bildirərək, ondan mikrofonu söndürməyi xahiş edib. Daha sonra deputat zalda əyləşən Zelenski və Yermaka qarşı nalayiq jest göstərib.
"Tənzimləmə Komitəsi yekdilliklə Ali Radaya Qeo Lerosu parlamentdə ədəbsiz jestlərə görə beş plenar iclasda iştirak etmək hüququndan məhrum etməyi tövsiyə edib", deyə alt komitə rəhbəri Pavel Frolov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB