YAP Qax rayon təşkilatı Hərbi Qənimətlər Parkını ziyarət edib FOTOLAR
YAP Qax rayon təşkilatının fəalları tərəfindən Hərbi Qənimətlər Parkını ziyarət edilib. Ziyarətçilər parkda nümayiş etdirilən Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi, yaralanması barədə faktlarla, eləcə də düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları ilə böyük maraqla tanış olublar.
Ziyarətçilər Hərbi Qənimətlər Parkının onlarda böyük qürur hissi yaşatdığını qeyd etmişlər.
Daha sonra partiya fəalları Zəfər Yarmarkasını ziyarət edərək, orada sərgilənən Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlarla tanış olmuş, qazilərimizlə xatirə şəkli çəkdirmişlər.
Ziyarətçilər Hərbi Qənimətlər Parkından və Zəfər Yarmarkasından yüksək təəssüratlarla ayrılıblar.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB