Zərdab rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və Zərdab rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Zərdab rayonunda 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar bayraq yürüşü təşkil edilib. İştirakçılar ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra bayraq yürüşü rayonun Heydər Əliyev parkından start götürərək, Bayraq meydanı ətrafında dövr etmiş və Şəhidlərin xatirə parkında sona çatmışdır. İştirakçılar Şəhidlər parkında şəhidlərin xatirəsinə ucaldılmış kompleksi yad edərək, önünə gül-çiçək dəstələri düzmüşlər.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB