Xatırlamış olarsınız, ötən gün SİA İtaliya mətbuatına istinad edərək ölkənin paytaxtı Romada təşkil edilən G-20 Liderlər Zirvə Görüşündə qazanan lider kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğundan yazmışdıq.
İtaliyanın yüksək tirajlı qəzetlərindən sayılan “Corriere della Serra” tədbirə qatılan dövlət başçılarını qiymətləndirərkən Ərdoğan üçün "Bütün isti qovluqların axtarılan adı" başlığını seçmişdi.
Qəzet zirvə görüşü boyu bir çox ölkə başçısının Ərdoğanı görmək və danışmaqda maraqlı olduğuna diqqət çəkərək “Ev sahibiylə birlikdə G-20-nin digər assolisti olan Türkiyə prezidenti ən isti qovluqların vazkeçilməz həmsöhbəti idi” yazıb.
“La Verita” qəzetində çıxan xəbərdə isə “əgər bu G-20-nin qalibi varsa, bu, böyük ehtimalla Rəcəb Tayyib Ərdoğandır. Mübaliğəli bir dəyərləndirmədirmi? Əlbəttə ki, deyil. Romadakı zirvə görüşündə Türkiyə prezidenti üç səbəbə görə üstün idi: birincisi, ABŞ prezidenti Cozef Baydenin həm beynəlxalq, həm öz ölkəsində siyasi zəifliyi, ikincisi, Çin və Rusiyanın bu tədbirə qatılmaması, üçüncüsü isə gərgin nöqtələrdə mərkəzi rol oynaması sayəsində Ərdoğan manevr meydanına sahib oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB