"Bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq mühiti yaranacaq" - DEPUTAT ŞƏRH ETDİ

"Bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq mühiti yaranacaq" - DEPUTAT ŞƏRH ETDİ

"Böyük Qayıdış layihəsinin böyük bir hissəsi kommunikasiyalar və nəqliyyatla bağlıdır. Qarabağ Azərbaycan üçün önəmli bir yaşayış regionu olmaqla yanaşı, eyni zamanda mühüm kommunikasiya qovşağı olacaq. Dəmiryolları, avtomobil yolları, Zəngəzur dəhlizinin də hazırda təməli qoyuldu. Bunlar hamısı Böyük Qayıdışın bir hissəsidir". Bunu SİA-ya açıqlamasınada deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, hava limanlarından birinci sürətlə inşa edilən Füzuli hava limanı oldu. Hava limanının ətrafında minadan təmizləmə işləri sürətlə həyata keçirildi. Bunun ardınca Zəngilan və Laçın hava limanları inşa ediləcək. Bütün bunlar göstərir ki, Azərbaycan addım-addım Böyük Qayıdışı təmin edir. Bu prosesdə bizimlə qardaş Türkiyə, digər Azərbaycana dost olan ölkələr də iştirak edəcək. Qarabağda ağıllı kəndlər, ağıllı şəhərciklər, yeni infrastrukturla yanaşı eyni zamanda təbiəti qoruyan sistemlərin formalaşmağı, yaşıl enerjinin istifadəsi ilə bağlı bir çox dünyanın ən müasir təcrübəsi istifadə olunacaq. Bu sistemlərin hamısını həyata keçirmək üçün, təbii ki, hava qapısı lazım idi.

Asim Mollazadə bu barədə fikrini belə izah edib: "Bunun üçün birinci Füzuli hava limanı inşa edildi. Bunun ardınca Laçın və Zəngilan hava limanı inşa ediləcək. Düşünürəm ki, infrastruktur layihələrindən sonra addım-addım yüz minlərlə qarabağlının öz yurdlarına qayıtmasına şərait yaradılacaq. Bu prosesdə bizim hər zaman yanımızda qardaş Türkiyə olacaq. Əminəm ki, bu layihələrin həyata keçməsi nəticəsində bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq mühiti yaranacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə