“Dağıdıcı müxalifət suyu bulandırmaq istəyir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Respublikasının Konstitusiyasına görə, insanlar mitinqlər, küçə yürüşləri keçirə bilərlər. Düzdür, qiymət artımı ilə bağlı müəyyən narazılıqlar var, amma həmin qüvvələrin Zəfər bayramına yaxın ortalığa düşərək aksiyalar keçirmək istəkləri başadüşülən bir hal deyil”. Bunu SİA-ya açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, millətimiz, bütün dünya azərbaycanlıları olaraq çox böyük coşqu ilə Zəfər bayramına hazırlaşdığımız bir ərəfədə dağıdıcı müxalifətin suyu bulandırmaq istəyi onların kənar qüvvələrdən sifariş aldıqları anlamı yaradır: “Bu, böyük bir Zəfərdir və Zəfər bayramı adı buna təsadüfi verilməyib. Yəni, 30 il işğal altında qalan ərazilərin qısa müddət ərzində azad edilməsi doğurdan da çox böyük qələbə və Zəfərdir. Azərbaycan dövlətinin əldə etdiyi bu qələbəni həzm edə bilməyən həm Şimalda, həm Cənubda, həm də Qərbdə kifayət qədər qüvvələr var. Demək olan ki, o qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi bu möhtəşəm qələbəyə kölgə salmaq üçün əllərindən gələni edirlər. Amma, onların nə istəməsindən və etməsindən asılı olmayaraq, onlar heç vaxtı bu parlaq qələbəyə kölgə sala bilməyəcəklər. Bu baxımdan, Zəfər bayramı ərəfəsində ölkə daxilində olan bəzi qüvvələrin sosial şəbəkələrdə aksiyalara çağırışlar etməsi və fikirlər səsləndirmələri yersizdir. Çünki hazırkı mərhələdə aksiyaların keçirilməsinə ehtiyac yoxdur. Yaxşı olardı ki, AXCP, “Milli Şura” kimi müxalif qüvvələr bu cür hərəkətlərindən əl çəksin”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...