"Ordumuz Qubadlını azad etmək üçün böyük qəhrəmanlıq göstərdi" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Qubadlı şəhərinin işğaldan azad olunması əlbəttə ki, 44 günlük müharibədə qazanılan ən önəmli hərbi qələbələrimizdən biridir. Qubadlı şəhəri ilə yanaşı 41 kənd işğaldan azad edildi. Bu bizim ordumuza hərbi əməliyyatlarda daha da irəliləmək üçün əlavə güc və stimul verdi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Qubadlı uğrunda da şiddətli döyüşlər getdi və ordumuz Qubadlını azad etmək üçün böyük qəhrəmanlıq göstərdi. Bu hadisə ordumuzun qəhrəmanlıq tarixinə yazılan növbəti bir salnamə oldu.

Vüqar Əhmədov bu barədə fikrini belə izah edib: "Qubadlının azad edilməsi xəbərini Müzəffər Ali Baş Komandan bizə çatdıranda qubadlılar kimi bütün Azərbaycan xalqı böyük sevinc hissi yaşadı. Qubadlı həm strateji mövqeyinə, eləcə də təbiətinə görə Azərbaycanın ən gözəl guşələrindəndir. Təəssüf ki, erməni vandalları bu şəhəri də dağıdıblar. Lakin əminəm ki, qısa müddətdə Qubadlı bərpa olunacaq və qubadlılar öz doğma yurd-yuvalarına qayıdacaq. Qarabağın bütün bölgələrində olduğu kimi burada da ən müasir infrastruktur və yaşayış kompleksləri salınacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə