"Türk mədəniyyəti Ukraynaya yad deyil"

Gennadi Nadolenko: Türk Şurası Ukraynanın üzləşdiyi problemlərin həllində beynəlxalq platforma ola bilər

Türk Şurası Ukraynanın üzləşdiyi problemlərin həllində beynəlxalq platforma ola bilər.

SİA bildirir ki, bu fikri Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko söyləyib.

Onun sözlərinə görə, bu beynəlxalq təşkilatın həm iqtisadiyyat və ticarət, regionda təhlükəsizlik, Krım və digər məsələlərdə Ukraynanın üzləşdiyi problemlərin həll ediləcəyi platforma olacağı mümkündür.

“Ukraynanın müşahidəçi qismində bu təşkilata üzv olunması müraciəti Türk Şurası liderlərinin noyabrda keçiriləcək Zirvə toplantısında baxılacaq. Ukraynanın Türk Şurasında müşahidəçi üzv olması iştirakçı ölkələrlə, xüsusən Türkiyə və Azərbaycanla əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracaq”, - deyə Genaddi Nadolenko əlavə edib.

O bildirib ki, türk mədəniyyəti Ukraynaya yad deyil. Türk mədəniyyətinin, tarixinin Ukrayna mədəniyyətində xüsusi çəkisi var.

Qeyd edək ki, 2009-cu ilin oktyabrında yaradılan Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzvdür. Macarıstan müşahidəçi qismində Türk Şurasına üzv qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə