Antimilli şuranın məkrli niyyəti... ŞƏRH

Əli Kərimli yenə “qotur salmış dana kimi” niyə qaşınır?

Bu gün xalqımız dövlət başçımızın “Dəmir yumruq” əməliyyatı ilə 44 gün ərzində igid oğullarımızın Vətən yolunda canını sipər edərək torpaqlarımızı azad etməsinin bir illiyini qeyd edir. Şəhid olan oğullarımız ilk gündən bildirdilər ki, azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan Bayraqlarımızın qaldırılması yolunda Şəhid olmuruq, Şahid oluruq! Tanrının, haqqın dərgahında olan şəhidlərimiz sayəsində bu gün bütün evlər, eyvanlar, yollar üçrəngli bayrağımızla bəzənib. Bax, budur Şahidlik edən oğullarımızın Şəhidliyi! Azərbaycan əsgərinin məsləyi Qürurdur, Zəfərdir, Vətən torpağına üç rəngli Azərbaycan Bayrağını sancmaqdır! Budur qeyrət, hünər!

Əli Kərimli kimi bir satqının şəhidlərə “şahidlik” etməsi cinayətdir

Bəli, bu gün Əli Kərimli kimi satqınların xalq, Vətənlə bağlı nə söz deməyə, nə də bu torpaqda yaşamağa haqqı yoxdur. Çünki Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Vidadi İsgəndərli və başqaları qotur salmış dana kimi qaşınan satqın Vətəni, qeyrəti, namusu olmayanlar sosial şəbəkələrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından istifadə edib siyasi divident qazanmağa çalışanların “yanğısını” xalq yaxşı bilir. Məhz buna görə də AXCP sədri Əli Kərimli kimi bir satqının Şəhidlərə “şahidlik” etməsi cinayətdir. Çünki Əli Kərimlidə xalq, Vətənlə bağlı heç bir mənəvi dəyər qalmayıb. Bu cür dəyərsiz insanların sözü də dəyərsiz olur. Bu dəyərsiz, mənəviyyatsız, daha doğrusu, əxlaqsız Əli Kərimli və onun ətrafındakılar həyasızcasına sosial şəbəkələrdən Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmağa çalışanların ancaq üzlərinə tüpürmək lazımdır. Artıq bu, korluq və karlıqdır. Çünki “Vətən”, “millət” deyən əxlaqsızlar bəlkə bir geriyə baxsınlar... Amma təəssüf ki, geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəyin dediyi fikri xatırlatmaq istərdim: "Rüşvət alanda milyonlarla dollar alırsınız. Alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...". Və bu gün sosial şəbəkələrdə dövlətin ünvanına özlərinə layiq olduqlarını deyən Vətənini, torpağını satan-satılan AXCP sədri Ə.Kərimli, “Milli Şura” deyilən satqınlar yuvasına sədrlik edən, saçına, "başına» hörmət etməyən Cəmil Həsənli həyasızları sosial şəbəkə istifadəçilərin böyük təpkilərindən üz döndərə bilməzlər.

Vətəni, milləti satan Əli Kərimlinin ləçərləri…

Həsən Məmmədov: “Belə əxlaqsız və mənəviyyatını bütünlüklə qrantlara satan nakəslərdən başqa nəyi gözləmək olar?! Avropaya "siyasi mühacir" statusunda getmək istəyən tör-töküntüləri xalqla səhv salan S.Osmanqızı, Ə.Kərimli kimi nəsli, nəcabətini erməniləşdirən nacinslərdən nə gözləmək olar? Əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Hakimiyyətin uğurlarını "müxalifətin qələbəsi" kimi zorla xalqa sırımaq yalnız bu siyasi satqınlardan çıxar. Vətəni, milləti satan Əli Kərimlinin Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl və ... kimi formalaşmış ləçərləri çoxdur”.

Sosial şəbəkə istifadəçisi Qurban Məmmədov isə bildirib ki, əxlaq əsl kişiyə aiddir, daha Əli Kərimli kimi əxlaqsıza yox! Bu, gədənin biridir: “Əli Kərimli nə vaxtdan Vətən, xalq “sevən” olub. 28 ildir Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayıl bu xalqa təlqin edir ki, günahkar xalqdır. Ayıq olun, bunu bilin. Sən kimsən, Elçibəyə nələr eləmisən, nə təbliğat aparmısan, Kələkidən Bakıya necə gəlmisən, bunların hamısını ortaya qoyacağıq. Eyni ilə S.Osmanqızı, onun dədəsinin goru çatlayır indi. Bu övlad atasına hər gün lənət oxutdurur. 40 minlik kanal bağlatdıranda oxudu ki, guya adını demədiyi bir tələbə buna yazıb ki, dekan buna AzeriFreedomu layk edin, Osmanqızının kanalını isə dislayk edin. Budur, yalan, tərbiyəsizlik? Hanı sübut? Əli Kərimliyə nə qədər yalanacaqsan? Bax, budur satqınların formalaşmış siması. ABŞ-a sığınmış Sevinc Osmanqızı kimi əxlaqsızlar YouTube kanalında bu gün çıxış edərək bildirir ki, "iqtidar şəhidləri qiymətsiz edir" deyən belərini necə də əxlansız adlandırmayasan?”. Sosial şəbəkə istifadəçisi Heyranxanım İdriszadə isə Əli Kərimliyə sual ünvanlayaraq bildirib ki, birinci Qarabağ müharibəsində əli silah tutan gənclər ön cəbhədə vuruşanda sən harada idin: “Ay satqın, axı bu insanlar sənin və sənin dəstənin hakimiyyətdə olduğu zaman əlillik adını qazanıblar. O zaman siz dövlətin büdcəsini yeyib-talan etməsəydiniz, o pula silah və sursat alınsaydı, bu gün müdafiə etdiyin insanlar əlil olmazdı”. Günel Feyziyeva, Aysel Əlizadə və Aidə Hüseynova adlı sosial şəbəkə istifadəçiləri isə dövlətin, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və veteranlarına göstərdiyi diqqət və qayğını diqqətə çatdırıblar.

Bir sözlə, cəmiyyətimizin həssas təbəqəsi olan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək antitəbliğat aparmağa cəhd edən Əli Kərimlini elə bu kateqoriyadan olan insanlar, Vətənini sevən gənclər peşman etdilər. Sosial şəbəkələrdən istifadə edən ictimaiyyət nümayəndələri bu dəfə də dövlətin yanında olduqlarını, Cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Bu fakt özlüyündə bir daha həm Əli Kərimli kimi radikal müxalifət, həm də onlara himayədarlıq edən antiazərbaycan dairələri üçün şillə kimi cavab oldu.

Bu gün Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, Qabil Məmmədov və başqa manqurtlar sürünə-sürünə bu dövlətin ayağına gələcək, bu Vətənin torpağını yalamaq istəyəcəksiniz. Ancaq bilməlisiniz ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin, həm də düşmənin yalı ilə bəslənənləri nə tarix, nə də bu xalq heç vaxt bağışlamır. Çünki sizin kimi satqınların qatarı çoxdan gedib, artıq bu manqurtlar məsuliyyətə cəlb edilməlidirlər. Necə deyərlər, şah qanun deyil, qanun şahdır. Bütün törətdikləri əməllərinə görə, Ə.Kərimli və onun kimi satqınlar etdikləri cinayətlərə görə mütləq şəkildə cavab verməli olacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə