Quru Qoşunlarının komandanı Türkiyədə səfərdədir FOTO

Türkiyədə səfərdə olan Azərbaycan Repsublikasının Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də "Avrasiya sülhü - 2021" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilərək gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...