"Qoşulmama Hərəkatı nüfuzuna görə, BMT-dən sonra ikinci yerdədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi bir beynəlxalq təşkilatdır. Bu təşkilat nüfuzuna görə, BMT-dən sonra ikinci yerdədir". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu təşkilatın üzvlərinin əksəriyyəti daim bizi dəstəkləyib. Bu Hərəkatın yeni tarixində ən yadda qalan Prezident İlham Əliyevin çıxışları olub.

Bu haqda Rüfət Quliyev fikrini belə izah edib: "Çıxışlarından birində cənab Prezident bütün bəşəriyyətə müraciət edi ki, Covid-19-a görə, ölkələr qapanmasın, iqtisadiyyatını inkişaf etdirməyə davam etdirsin. Azərbaycan potensialı olan resurslarının hamısını - logistikasını, tranzitini, dəmir yollarını və Xəzərdə iki beynəlxalq standartlara cavab verən limanını göz önünə qoyaraq, bu müraciəti etdi. Cənab Prezidentin bu müraciəti bütün dünyaya yayıldı. Bu platformadan Azərbaycanın milli maraqlarının qabardılması və qlobal əhəmiyyətli məsələlərin qabardılması üçün istifadə olunur. Bu məsələlərdən biri də immunizasiya problemidir. Bu məsələdə ölkə başçısının müraciəti olmuşdu. Yəni, dünyada elə ölkələr var ki, ola bilsin onların pulu və şəraiti olmasın. Onlara vaksinlərlə kömək etmək lazımdır. Covid-19 ümumbəşəri bir problemdir. Buna görə də, inkiluziv şəkildə siyasəti aparmaq lazımdır. Bu hörmətli Prezidentin təklifləri və çağırışları idi. Azərbaycan bu yolda beynəlxalq səviyyədə köməklik göstərə bilər. Bunların hamısını nəzərə alaraq demək istərdim ki, bu ölkələrin arasında Azərbaycan özünəməxsus şəkildə bu platformanı idarə edib. Hər zaman fəal iştirak edib. Azərbaycanı bu təşkilatın videoformatda zirvələri olanda həmişə iqtisadi problemlərdə və pandemiya ilə mübarizədə nümunəvi dövlət kimi təqdim ediblər. 44 günlük müharibədə bizi bir sıra dövlətlər aktiv şəkildə dəstəklədi. O cümlədən bir çox dövlətlər bizim Zəngəzur dəhlizini açmaq məsələmizi dəstəklədi. Həmçinin tələb etdilər ki, bu nəqliyyat yolu açılmalı və istifadə olunmalıdır. Baxmayaraq ki, bu hərəkətdə olan nəhəng dövlətlərlə müqayisədə Azərbaycan ərazi və əhalisinə görə fərqlənir. Amma Azərbaycanın özünün dəsti-xətti və siyasəti var. Biz milli maraqlarımızı nəzərə alaraq beynəlxalq aləmdə böyük problemlərlə bağlı təkliflər veririk və köməklik göstərməyə hazırıq. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan pandemiya dövründə 30 ölkəyə hümanitar yardım edib. Buna hər ölkənin imkanı və nüfuzu çatmazdı. Bunlar hamısı onu göstərir ki, Azərbaycanın başda cənab Prezident olmaqla nüfuzu gündən-günə, aydan-aya artır. Biz bu nüfuzdan kifayət qədər praqmatik istifadə edirik.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə