İndi status barədə ümidlər bağlamağa belə dəyməz - ERMƏNİ POLİTOLOQUN ETİRAFLARI

İndi status barədə ümidlər bağlamağa belə dəyməz - ERMƏNİ POLİTOLOQUN ETİRAFLARI

Nə qədər fərqli məmurlar status məsələsinin həll edilmədiyini bəyan etsələr də, bunun hazırda real olduğunu düşünmürəm. SİA xəbər verir ki, bu sözləri politoloq Armen Baqdasaryan aysor.am saytına müsahibəsində bildirib.

Politoloq xüsusilə vurğulayıb ki, indi belə ümidləri bağlamağa ehtiyac yoxdur.

"Başqa bir sual da budur ki, indi ATƏT-in Minsk Qrupu çərçivəsində status ətrafında danışıqların bərpası üçün əlverişli məqam olmalıdır. ATƏT-in Minsk Qrupu çərçivəsində öz müqəddəratını təyin etmə hüququ davamlı olaraq danışıldığı və qeyd edildiyi üçün işi bu formatda davam etdirmək məsləhətdir. Vəziyyət aydınlaşana qədər Ermənistan tərəfi mümkün olan hər şeyi etməyə çalışmalıdır", deyə politoloq çarəsiz işğalçı ölkəyə tövsiyyələr verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə