"Ermənistan Azərbaycan Ordusunun gücünü gördü" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan Azərbaycan Ordusunun gücünü gördü" - POLİTOLOQ AÇIQLADI

"Vətən müharibəsindən sonra Ermənistan dövləti, hakimiyyəti, xalqı bir daha anladı ki, ermənilərin məğlubedilməz, böyük orduya sahib olmaları kimi xəyalları boş şeydir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın istər parlamentində, istəsə də cəmiyyətin özündə hər gün mübahisələr, müzakirələr gedir: "Bir tərəfdən köhnə hakimiyyətin təmsilçiləri hazırki hakimiyyəti qınayır, digər tərəfdən də hazırki hakimiyyət onlara göstərilən etimadı doğrulda bilmədi. Buna görə də Ermənistan xalqı iki yalançı siyasətçilərin, hakimiyyət təmsilçilərinin əlində qalıb. Bu gün Paşinyan tərəf də haqlıdır ki, Ermənistan keçmiş terrorist qruplaşmasını ittiham edir. Onlar əsassız olaraq Azərbaycan torpaqlarını torpaqlarını işğal edib. Bu gün artıq Ermənistan xalqı hər iki qruplaşmanı yalançılıqda ittiham edir və bu gün Ermənistan xalqı artıq anladı ki, xəyalpərəstlikdən əl çəkmək lazımdır. Çünki onlar 44 günlük müharibə müddətində Azərbaycan Ordusunun gücünü gördü. Ermənistan tərəfi sanki müharibə dövründə qaçıb gizlənirdilər. Keçmiş Ermənistan rəhbərləri isə Azərbaycan torpaqlarında yaşayan erməniləri ziyarət edərək, onlara boş və yalan vədlər verərək xalqı Azərbaycan əsgərinə qarşı qaldırmaq istəyirdilər. Təbii ki, bu cəhdləri alınmadı. Çünki Azərbaycan əsgəri sadə, mülki vətəndaşları hədəfə almamışdı. Təbii ki, Ermənistan xalqı belə olduğu halda aksiyalar keçirəcəklər. Əlbəttə ki, Ermənistanın keçmiş hakimiyyət nümayəndələri var və onlar Paşinyana qarşı aksiyalar keçirəcəklər. Hesab edirəm ki, bu aksiyalar uzun müddət davam edəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə