Qusar rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimləri keçirilib FOTOLAR

44 günlük Vətən müharibəsi şəhidləri - Azərbaycan Silahlı Qüvvələrinin mayoru Zamanov Sənan Qahir oğlunun, əsgərlər Kürəbəyov Mayıl Kamran oğlunun və Balabəyov Ramil Ruslan oğlunun ildönümü mərasimləri keçirilib.

Mərasimdə Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Anım tədbirinin iştirakçıları əvvəlcə Qusar şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etmiş, onların ruhlarına dualar oxuyaraq, xatirələri ehtiramla yad olunmuş və məzarlarına gül-çiçək dəstələri düzülmüşdür. Mərasim iştirakçıları şəhidlərin ailələrində olmuş, qayğıları ilə maraqlanmışlar. Onları narahat edən məsələlərin tezliklə həll ediləcəyi bildirilib. Şəhid ailələrinin üzvləri onlara göstərilən dövlət qayğısına görə, Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə