"Onları qəbul edilmiş qərarları icra etməyə məcbur etməliyik" -POLİTOLOQ AÇIQLADI
"Əslində, bu mina xəritələri ilə bağlı söhbət uzun müddətdir ki, davam edir. Konkret olaraq müharibə bitəndən sonra bu məsələ qaldırılaraq müzakirə olunub. Ermənistan tərəfi dəfələrlə, bildirib ki, bu haqda məlumat bildiriləcək. Sonradan bu haqda heç bir məlumat bildirilməyib. Sonra məlumat verilib ki, ümumiyyətlə, onlarda bu xəritələr yoxdur. Daha sonra isə məlum olub ki, xəritə var, amma vermirlər. Hətta Azərbaycan tərəfi onların əsirlərinin bir hissəsini, faktiki olaraq terrorçularının bir hissəsini buraxdıqdan sonra onlar güya bunun müqabilində Azərbaycana mina xəritələrini verdilər. Ağdamda olan minaların xəritəsini verdilər, ancaq bundan sonra da orada bir neçə partlayış oldu. Bu da onu göstərir ki, ya mina xəritələri dəqiq deyildi, ya da ümumiyyətlə, nəsə saxta sənədlər təqdim etmişdilər. Ermənilər öz ampluasındadır. Biz bu ampluanı ən azı Dağlıq Qarabağın ətrafında cərəyan edən hadisələr baş verəndən bu günə kimi görürük. Yəni erməni xisləti özünü 87-ci ildən bu yana göstərir. Ortada isə dəyişən heç bir şey yoxdur". Bunları SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Onun sözlərinə görə, ermənilər yalnız boğazlarından tutub nəsə tələb edəndə nəsə edirlər. Bir balaca rahat buraxan kimi öz bildiklərini edib Azərbaycana ziyan vurmaqla məşğuldurlar. Hadisələrin bu cür cərəyan etməsində biz də günahkarıq. Günahımız isə çox danışıb hüquqi müstəvidə az iş görməkdir. Biz indiyəcən Ermənistana qarşı beynəlxalq şəkildə iddiaların qaldırılmasında çox ləng addım atırıq.
Nadir Şəfiyev bu haqda fikirlərini belə izah edib: "Diqqət yetirək, bir neçə istiqamətdə ermənilər, yəni insan haqları ilə bağlı, mülki şəxslərə dəymiş ziyanla bağlı, tərəflərə vurulmuş ziyanla bağlı, hətta özləri bizə bu məsələlərdə ziyan vurduqları halda, torpaqlarımızı 30 il ərzində işğal altında saxladığı halda, bizim mülki şəxslərə olmazın işgəncələr verdiyi halda, bizim minlərlə soydaşımızı 1-ci Qarabağ müharibəsində əsir götürüb onların taleyi haqda bizə xəbər vermədiyi halda bütün bunları 2-ci Qarabağ məsələsinin nəticələrinə görə fırladıb bizim boynumuza qoyur. Bu məsələləri beynəlxalq müstəvidə bizə qarşı iddia qaldırırlar. Bu da bizim ləngliyimizdən irəli gəlir. Biz arxayınlaşmalı deyilik. Təəssüflər olsun ki, bir çox orqanlarda bizdə arxayınçılıq baş verdi. Biz indi arxayınıq ki, biz qalib dövlətik, qalib xalqıq biz erməniyə dərsini vermişik. Cənab Prezident dəfələrlə vurğulayır ki, əgər başa düşməzlərsə, əgər doğru yola gəlməzlərsə, yenidən onları cəzalandırarıq. Amma bu, o demək deyil ki, Azərbaycanın digər orqanları oturub gözləməlidir ki, cənab Prezident bu qərarı verəcək və onları cəzalandıracaq. Ermənistanın cəzalandırılması mütləq şəkildə müharibədən keçmir. Ermənilərin cəzalandırılması, eyni zamanda, hüquqi müstəvidə onların 30 il ərzində törətdikləri cinayətləri üzə çıxarmaqla aləmdə onları rüsvay etmək, digər tərəfdən hüquqi cəhətdən onların əl-qolunu bağlamaqdan irəli gəlir. Yəni onlar bu qərarın çıxarılması nəticəsində bilməlidirlər ki, onlar həm konpensasiya ödəməlidirlər, onlar həm üzərlərinə əlavə öhdəliklər götürməlidirlər. Bundan sonra da necə deyərlər etdikləri qələti bir də etməməlidirlər. Buna görə biz yenidən müharibə aparmağa köklənməməliyik. Bunun üçün biz yenidən şəhid verməyə köklənməməliyik. Biz bunu bacardığımız qədər hüquqi müstəvidə həll etməliyik və düşünürəm ki, bu gün müxtəlif beynəlxalq instansiyalarda bu məsələ çox qabarıq şəkildə qaldırılmalıdır. Bütün KİV-lər də buna köklənməlidir. Yalnız Azərbaycan dilində yox, rus dilli, ingilis dilli KİV-lərimizdə də bu məsələ çox məqsədyönlü şəkildə qaldırılmalıdır. Bu məsələyə beynəlxlaq mütəxəssislər də cəlb edilməlidir. Beynəlxalq hüquqşünaslar buna qiymət verməlidir. Biz də bunu tirajlamalıyıq. Eyni zamanda, hüquqşünaslarımız, siyasətçilərimiz müxtəlif instansiyalarda bu məsələni qaldırmaqla həm onları rüsvay etməli, həm də onları qəbul edilmiş qərarları icra etməyə məcbur etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB