"Bu gün bizi qələbəyə aparan günün başlanğıcıdır" - QHT RƏSMİSİ AÇIQLADI

“Bu gün İkinci Qarabağ müharibəsinin anım günüdür. Bu gün bizi qələbəyə aparan günün başlanğıcıdır. Bu gün bizim qürurumuzun, ləyaqətimizin tapdalanmasına çalışan erməni faşizminə cavab verən günümüzdür”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqlarının Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu gün xalqımızın qələbəyə doğru gedən günün başlanğıcıdır: “Təbii ki, bu günü qələbə hissi ilə sevinclə qeyd etməliyik. Biz bu günü matəm günü kimi qeyd edə bilmərik. Çünki biz torpaqlarımızı işğaldan azad etmək istiqamətində addım atarkən bilirdik ki, şəhidlərimiz, qazilərimiz olacaq. Ona görə də belə hesab edirəm ki, torpaqlarını işğaldan azad etmək üçün müqəddəs savaşa can atan hər bir əsgərimiz, qazimiz, şəhidimiz bu gün fəxrlə qürurla qeyd olunmalı, yad edilməli onların qarşısında baş əyirik deməklə bərabər həm də bu günü biz matəm günü kimi qoy qələbə günü kimi qeyd etməliyik. Bu gün tarixi ədaləti bərpa etdik, kağız üzərində qalan beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını bərpa etdiyimiz gündür. Düşünürəm ki, bizim qələbə günümüzün başlanğıcı bu gündən olduğuna görə, elə 27 sentyabr da qələbə günüdür. Qələbəyə gedən ilk yol, ilk cığır uğurlu oldusa, biz erməni faşizminin burnunu, başını, boynunu qıraraq torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan 27 sentyabrda başladığı bu uğurlu əməliyyat nəticəsində həm torpaqlarımızı işğaldan azad etdi, həm erməni havadarlarına və erməni faşizminə layiqli cavab vermiş oldu, həm də beynəlxalq aləmdə öz nüfuzunu artırmış oldu. Bununla da Azərbaycan xalqı dövlətimizə rəhbərlik edən Ali Baş Komandanın kimliyini, onun xalqla həmrəyliyini, onun siyasi gedişlərlə düşmənlərini necə məhv etdiyini bir daha sübut etmiş oldu”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...