Türkiyə Prezidenti ilə görüşmək asan deyil

Türkiyə Prezidenti ilə görüşmək asan deyil

Rəcəb Tayyib Ərdoğan Ermənistan baş nazirinin gizli görüş təklifini açıq şəkildə cavablandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan onsuz da aşağı olan reytinqini bir az da dərinə salmaqla təhdid edən yeni qalmaqalın mərkəzindədir. Erməni müxalifəti Paşinyanı ölkənin milli maraqlarını təslim etməkdə günahlandırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyinə görə, Ermənistanın baş naziri onu gizli şəkildə görüşə dəvət edib və bu bu işdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəçi rolunu oynayıb. İndiki mərhələdə belə bir görüşün mümkünlüyünü Ərdoğan qətiyyətlə rədd edib. "Kommersant" qəzetinə İrəvan və Bakıdakı mənbələrdən verilən məlumata görə, Ərdoğanın reaksiyasına, digər məsələlərlə yanaşı, vasitəçi seçimi də təsir edib. Məsələn, görüş təklifi Moskvadan gəlsəydi Türkiyə lideri bu qədər konkret olmazdı.

Qalmaqal bir jurnalistin Rəcəb Tayyib Ərdoğandan Ermənistan baş nazirinin Zəngəzur dəhlizini açmaq istəməməsinə (Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə Zəngəzur (ermənilər Sünik deyir) bölgəsi üzərindən birləşdirməli olduğunu) şərh etməsini istəməsindən sonra başlayıb. Türkiyə Prezidenti cavabını əslində çox dar çərçivə üçün hesablayaraq söyləyib: "Çox qəribədir ki, bir tərəfdən Ermənistan belə bəyanatlar verir, digər tərəfdən isə görüş istəyirlər".

Ərdoğan bildirib ki, müəyyən addımlar atmasına ehtiyac var. Biz belə bir görüşün əleyhinə deyilik, onu keçirməyə hazırıq. Əvvəllər dediyim kimi, belə bir görüş üçün onlardan xoş niyyət nümayiş etdirə biləcək addımlar atmalarını gözləyirik. Cənab Ərdoğanın sözlərinə görə, belə bir addımın nümunəsi, İrəvanın bölgədəki digər nəqliyyat marşrutlarını açmadan arzuolunmaz hesab etdiyi Naxçıvan dəhlizinin açılması ola bilər.

İrəvanda Rəcəb Tayyib Ərdoğanın sensasiyalı bəyanatı təsdiqlənməsə də, təkzib də olunmayıb. Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyanın İnterfaks-a verdiyi məlumata görə, indi Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə yoxdur, amma "səmərəli iş görüləcəksə, Ermənistan yüksək və ən yüksək səviyyəli görüşlərə hazır olacaq: "Baş nazir Paşinyan bölgədə sülhün bərqərar danışır və niyyətini ortaya qoyub. Ermənistanın baş naziri yüksək səviyyəli təmaslardan əvvəl bəzi dəqiqləşmələrin aparılmasının lazım olduğunu bildirir”.

Rusiya tərəfi isə məsələyə hələlik münasibət bildirməyib. Ermənistan və Azərbaycanla üçtərəfli komissiyanın üzvü olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bazar ertəsi İrəvana gəlib. Erməni jurnalistlər dərhal ondan Azərbaycan dəhlizi ilə bağlı soruşublar. Lakin Rusiya rəsmisi cavab verib ki, belə bir məsələ müzakirə olunmur: "Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələləri müzakirə olunur".

Ancaq qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi də bu prosesin bir hissəsidir və fikir ayrılıqları yalnız yolun vəziyyəti ilə bağlı ola bilər. İrəvanı da qorxudan budur. Baş nazir Paşinyan "Regional əlaqələrin yaranmasını çox əhəmiyyətli hesab edirəm" deyərək qonağın fikirlərini dəstəkləyib: "Strateji müttəfiqimiz olan Rusiyadan aldığımız dəstəyi xüsusi vurğulamalıyıq. Sərhədlərin delimitasiyası və demarkasiyasında və sülh prosesində Rusiyanın iştirakını alqışlayırıq".

Bəs Ermənistanın baş naziri Nikol Paşinyanın Ərdoğanla görüşmək ideyası haradan yaranıb? Bu sualın cavabını da Paşinyan sentyabrın 8-9-da Gürcüstana səfərində axtarmaq lazımdır. Tiflisdən sonra Batumiyə səfər edən Paşinyan burada gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə qeyri-rəsmi görüş keçirib. Baş nazirlərin görüşünü izləyən jurnalistlərə bu barədə əvvəlcədən məlumat verilməyib. Səfərin ikinci günü mətbuat xidməti bu barədə xəbər verib ki, iki ölkə arasında turizmin inkişafı proqramları və infrastrukturun yaxşılaşdırılması tədbirləri müzakirə edilib və sənədlər Baş nazir Paşinyana təqdim edilib. Erməni KİV-ləri isə fərqli məlumat tirajlayıblar. Mənbələrə istinad edən erməni KİV-ləri iddia ediblər ki, əslində Paşinyan həmin anda Türkiyənin yüksək rütbəli bir rəsmisi ilə görüşüb.

Xatırladaq ki, seçki kampaniyası zamanı Nikol Paşinyan Türkiyə ilə düşmənçiliyi bir kənara qoyub, onunla əlaqə qurmaq ehtiyacından danışmışdı. 27 Avqustda hökumətin toplantısı zamanı da: “Türkiyə tərəfindən əlaqələrin yarana bilməsi barədə müsbət reaksiyalar gəlməkdədir. Bu impulsları qiymətləndirəcəyik və bu müsbət impulslara müsbət cavab verəcəyik", demişdi. Buna görə də erməni müxalifəti üçün Rəcəb Tayyib Ərdoğanın sözləri Ermənistan baş nazirinin milli maraqların təslim olmasının sübutu kimi səslənib.

Amma fakt budur ki, Ermənistan düşdüyü blokadadan qurtulmaq üçün İran və Gürcüstanın yetərli olmadığını dəqiq bilir. Ona görə də Türkiyə və Azərbaycanın şərtlərinə qarşı loyallıq nümayiş etdirir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə