"Paşinyan sərxoş vəziyyətdə olması ilə..." - POLİTOLOQDAN SƏRT REAKSİYA

“Bir dövlət başçısının sosial şəbəkələrdə sərxoş vəziyyətdə və yaxud da xoşa gəlməyən bir halda olduğu videolarının yayılması ictimaiyyət tərəfindən və ölkə əhalisi tərəfindən birmənalı şəkildə qarşılanmır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan tez-tez bu cür biabırçı hərəkətləri ilə, videoları ilə ölkə gündəmində olub: “Bir ölkə rəhbərinin bu cür hərəkətləri təbii ki, onun iş fəaliyyətinə və imicinə böyük zərər vurur. Bu da onu göstərir ki, Paşinyan həqiqətən dövlət adamı deyil. Vətən Müharibəsindən öncə Paşinyan bir neçə dəfə sərsəm fikirlər səsləndirmişdi. Daha sonra isə Ermənistan mətbuatı həmin sərsəm fikirləri Paşinyanın içkili vəziyyətdə söylədiyini bildirmişdi. Bu da bir daha göstərdi ki, həqiqətən də Paşinyan mütəmadi olaraq içki qəbul edir. Təbii ki, bu da bir dövlət başçısı olaraq Paşinyanın fəaliyyətinə, imicinə, Ermənistana isə böyük bir zərbədir. Nikol Paşinyan və onun yeni komandası bir növ özünü Avropaya oxşatmağa çalışır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...