Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüş olub - FOTOLAR

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüş olub - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrlə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı iqtisadi, mədəni münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, Zəngəzur dəhlizinin açılması, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə