İranın Qarabağ məsələsinə ciddi təsiri olmayacaq - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ
“Yaxın və Orta Şərq bildiyimiz kimi islam və xristian dünyasının toqquşma arenasıdır. Hər iki tərəf öz həqiqətlərini gündəmə gətirir. Bu həqiqət uğrunda burada həm siyasi, həm iqtisadi, həm də hərbi savaşlar gedir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bu bölgə siyasi eksperimentlərin həyata keçirildiyi bölgədir: “Yaxın Şərqdə baş verən son hadisələrin, Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsinin Azərbaycana mənfi təsir edəcəyini gözləmirəm. Əslində onlar bir növ Pakistanın göstərişi ilə fəaliyyət göstərirlər. Azərbaycanla münasibətlər çox yaxşıdır. Qeyd etdiyim kimi burada Pakistanın böyük rolu var. Azərbaycanla Qarabağla bağlı müəyyən mənada maneçiliklər törətmək istəyən qüvvələr fars şovinistləridir. İranın indiki hökumətində onların təmsilçiliyi təəssüf ki, yüksəkdir. Demək olar ki bir türk belə hakimiyyətdə təmsil olunmayıb. Hal-hazırda İran hökumətində bütün postlar farsların əlindədir. Onların Yaxın və Orta Şərqdə maraqları əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ona görə də, İran da bunun əleyhinədir. Hər halda bu məsələ Rusiya ilə İran arasında olan bir məsələdir. Nəzərə alsaq ki, burada Türkiyə də bizim tərəfimizdədir. Deməli İranın Qarabağ məsələsinə ciddi təsiri olmayacaq. Bir daha təkrar edirəm İranın, o cümlədən digər dövlətlərin hal-hazırda nə Azərbaycana, nə də Qarabağ məsələsinə mənfi bir təsiri ola bilməz”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB