Belə görünməyə başlayır ki, Azərbaycanın Qarabağa sülhməramlı kontingentini dəvət etməsindən sonra Rusiya Federasiyasının hərbi-siyasi dairələri bu məsələni tamamilə fərqli istiqamətdə anlayıblar. Hətta belə desək, onlar 10 noyabr 2020-ci ildən etibarən dyişən situasiyanı “dondurulmuş münaqişə” qismində ya görür, ya da belə görünməsinə cəhdlər göstərirlər. Təbii ki, əgər belə bir cəhd varsa bu, ümumiyyətlə Azərbaycanın maraqlarına, cərəyan edən hadisələr fonundakı nəzərinə və s. faktorlardakı baxışlarına cavab vermir. Və əgər ruslar bunu anlamırlarsa, izah etmək çətinlik yaratmır: sülhməramlılıq Bakı üçün qan tökülməsinin qarşısının alınması üçün alətdir, vasitədir, lakin “dondurulma” kimi qavram ümumiyyətlə mövcud deyil – Qarabağın yerdə qalan hissəsi qısa müddətdə Azərbaycanın suveren əraziləri qismində reinteqrasiya olunmalıdır və bunun başqa yolu yoxdur, ola da bilməz!
Əgər rus tərəfi sülhməramlılıq kontekstində düşünürsə ki, həmin proses dayandırılmalıdır və üstəlik dondurulmalıdır, bax, onda yumşaq desək, ciddi, özü də böyük səhvə yol vermiş olur. Sülhməramlılar ona görə Azərbaycanın ərazilərinə, Qarabağa dəvət olundular ki, reinteqrasiya prosesi qansız-qadasız, ancaq məcburi qaydada (!) üçtərəfli razılaşma kontekstindəki bəndlərlə reallaşdırılsın. Bəs biz nə görürük..?

Rusiya SM-lar və bu ölkənin Müdafiə Nazirliyinin rəsmi saytı Xankəndini “stepanakert” adlandırır, eləcə də tarxi Azərbaycan toponimlərini saxta erməni adları ilə hallandırır, Qarabağdakı quldur-separat rejiminin qəsbkar rəhbərləri ilə nazik davranır, onları günü-gündən qudurğan bəyanatlarına əhəmiyyət vermir, quldur xuntanın silahlı quldurlarını demək olar ki, qucağında bəsləyir – xeyirdirmi əcəba?!

Təbii ki, əslində, Azərbaycan ictimaiyyəti əvvəldən bu məsələdə yekdilliklə çıxış etməmişdi və indinin özündə Rusiya sülhməramlı, ya da sülhməramsız kontingentinin fəaliyyətlərinin çatacağı yekun ili – 2025-i səbrsizliklə gözləyir. Hələlik isə ruhi problemi olan hərbçimizə öz ölkəsində, Xankəndidə məhkəmə qurulur, quldur rejimin silahlıları qudurğan köpəklər təki rusların dizlərinin, burunlarının dibinə çökərək bizə atəş açır, zəmilərimizi yandırır, hətta ara-sıra pəzəvəng başlarından böyük hədələyici bəyanatlarla çıxışlar edirlər. Maraqlıdır, bəs general Muradov nə edir, ya da edə bilmir?

Rus kontingentinin generalının başı ya erməni “tutovkasını” dequstasiya etməyə qarışıb, ya da ona yuxarıdan “sus!” əmri verilib. Üstəlik, rus hərbçiləri də digər yandan bu və ya başqa istiqamətdə hərbi atış təlimləri keçirir, sanki özlərini onları buraya dəvət etmiş Azərbaycanla savaşa hazırlayırlar. Bu qədər inam və etibardan sonra bənzər addımların atılması isə ən azı hiddət yaradır, ta o vaxta qədər ki, sülhməramlılar nə etdiklərinin fərqinə vardıqlarına qədər.

Və əgər belə davam edərsə, daha onların buralarda hərlənib-fırlanmalarına nə ehtiyac qalıb? Ya üzərlərinə düşən missiyalarını doğru-dürüst həyata keçirsinlər, ya da çəkilsinlər kənara və gətirdikləri yür-yüklərini, pıl-pırtlarını yığşdırıb uzaqlaşsınlar. Yəni ya işinizi görün, ya da gedin. Azərbaycan əsgəri cəmi-cümlətanı 2-cə saata hər şeyi dərhal, təmiz, səliqə ilə yoluna qoyacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB