Rus politoloq: "Erməni elitası sülhə hazır deyil, qisas hissi ilə yaşayır" - ŞƏRH
44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın siyasətini dəyişəcəyi və nəqliyyat dəhlizlərinin həyata keçirilməsi, sərhədin demarkasiyası və delimitasiyası, imzalanması baxımından bölgədəki vəziyyətin nizamlanmasına gedəcəyi ilə bağlı əsaslı gözləntilər var idi. Azərbaycanla bu müqavilələr bölgədə yekun sülhə səbəb olacaq. Ancaq bu, baş vermədi və aydındır ki, hələ də baş vermir. Bu, Ermənistanın siyasi elitasının İrəvanın üçtərəfli bəyanat çərçivəsində götürdüyü məsələləri həll etməkdən və öhdəliklərini yerinə yetirməkdən çəkinməsi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvar 2021-ci il görüşündə əldə edilmiş razılaşmalarla birbaşa bağlıdır.
SİA xəbər verir ki, rusiyalı ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko “Caliber” analitik mərkəzinə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Zəngəzur nəqliyyat dəhlizinin yaradılması ilə bağlı gözləntilər hələ də yalnız gözlənti olaraq qalır: “Ermənistan normal rejimdə sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaq əvəzinə, müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərinin gündəlik atəşə tutulması ilə silahlı təxribatlar təşkil edir. Bu onu göstərir ki, indiyədək İrəvanda hakim elitalar nə sülh yolu ilə nizamlanmağa, nə də dinc bir həyata hazır deyillər. Əvvəllər olduğu kimi, Azərbaycanın Qarabağ bölgəsi ərazisində mövcud olan separatçı varlığı siyasi yollarla yenidən canlandırmaq və qisas almaq fikri ilə yaşayırlar. Bunlar reallıqlardır. Ermənistan sülhə hazır deyil. Məğlubiyyət şoku tədricən yox olur, təcavüz meyli yenidən ortaya çıxır, separatizm və millətçiliyin bütün izləri görünür. Ona görə də bu gün Ermənistanın davranış modelini dəyişmə şansı praktiki olaraq sıfıra bərabərdir. Ona görə də, real siyasət nöqteyi-nəzərindən hərəkət edilməlidir”.
Korotçenko qeyd edib ki, üçtərəfli bəyanat çərçivəsində bütün öhdəliklərin yerinə yetirilməsi Rusiyanın xeyrinədir. Ancaq Moskvanın Paşinyana təsir göstərə biləcəyini və ona mövcud reallıqları izah edə biləcəyini söyləmək çətindir. Ermənistanın qeyri -konstruktiv davranışı bu gün bölgədəki vəziyyətin daha da inkişafı üçün çox təhlükəli proqnozlar verən bir reallıqdır.
“Azərbaycan indiki vəziyyətdə nəyə nail olmaq istəyir? Birincisi, gələcəkdə Ermənistanın təcavüzkar hərəkətlərinin müəyyən variantlarını istisna edəcək aydın sərhəddir. İrəvan gələcəkdə Azərbaycana heç bir ərazi iddiası irəli sürə bilməzdi. Əslində, Azərbaycanın Ermənistana qarşı heç bir aqressiv planı yoxdur. Aydın bir sərhəd xətti qurulduqdan sonra, öz inkişafını daha da artırmaq və irəliləmək üçün Azərbaycan Ermənistanı məmnuniyyətlə unudar. Azərbaycanın əsas məqsədi budur. Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası prosesini dəstəkləyir və Rusiya Xarici İşlər Nazirliyi vasitəçilik etməyi təklif etdi. Azərbaycan bu təklifi qəbul etdi.
Erməni tərəfdən nə görürük? Sərhədlərin delimitasiyası ilə bağlı praktiki məsələyə girməmək üçün Azərbaycan mövqelərinin atəşə tutulmasının kəskinləşməsi. Bu, Ermənistanın bütün siyasətidir.
Zəngəzur nəqliyyat dəhlizinə gəldikdə, deyə bilərəm ki, bu, təkcə Azərbaycan, Türkiyə və regionun digər ölkələri üçün deyil, Ermənistanın özü üçün, hamı üçün çox vacibdir. Ancaq erməni elitaları təəssüf ki, bu layihədə özləri üçün mənfi nəticələr görürlər. Bu səbəbdən də bu layihəni həyata keçirmək istəmirlər. Bu qeyri-konstruktiv mövqe erməni elitasının bir sıra səbəblərə görə müasir reallıqları tanımaq istəməməsi, Azərbaycanla yaxşı münasibətlər qurmaq istəməməsi ilə bağlıdır. İrəvan, Azərbaycanın ərazi bütövlüyünün tanınması və başqa ölkələrin ərazisində ikinci erməni dövlətləri yaratmağa çalışan qüvvələrin ümidlərinin puça çıxması demək olduğuna əsaslanaraq sülh müqaviləsi imzalamaq istəmir”- Korotçenko bildirib.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB